Jaguar F-Pace krossoverinin çeşidinə iki yeni versiya əlavə edilib: 300 Sport və 400 Sport. Hər iki versiya altısilindrli Ingenium mühərriki, Windsor dərisi ilə üzlənmiş Performance oturacaqları, tünd göyrüşdən dekorativ örtmələr və qara parlaq rəngində 21-düymlük təkər diskləri ilə təklif edilir. Hələlik belə avtomobillər yalnız Böyük Britaniyada əlçatan olacaqlar.

Jaguar F-Pace 300 Sport modeli Ingenium ailəsindən olan 3,0-litrlik dizel mühərriki ilə təchiz edilib. Mühərrik dəyişən həndəsəli iki turbomühərrik, 2500 bar təzyiqli Common Rail püskürdülməsi, pyezoelektrik injektorlar və 48-voltluq kəmər ötürməsi olan starter-generatorla təchiz edilir. Güci qurğusunun hasilatı 300 at qüvvəsi və 650 Nm fırlanma anıdır. Dizel krossoveri 100 km/saat həddini  6,4 saniyəyə toplayır və onun maksimal sürəti 230 km/saatdır.

Image alt Image alt Image alt Image alt Image alt

F-Pace 400 Sport modeli də 3,0-litrlik altısilindrli mühərrikə malikdir. Lakin bu aqreqat twin-scroll turbini və elektrik kompressoru olan benzin mühərrikdir. Daxili yanma mühərrikinin hasilatı 400 at qüvvəsi və 550 Nm təşkil edir. 400 Sport versiyası 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənir, onun maksimal sürəti isə 250 km/saatdır. Qalan cəhətdən hər iki variant bir-birindən fərqlənmir.

Krossoverlərin standart təchizatına Windsor dərisi ilə üzlənmiş, qızdırılan, havalandırılan Performance oturacaqları, panoram dam, 30 rəng seçimi təklif edən ətraf işıqlandırması, həmçinin tünd göyrüş ağacından dekor və parlaq qara rəngli 21-düymlük təkər diskləri daxildir. Pivi Pro multimedia sistemi artıq Amazon Alexa səs köməkçisini dəstəkləyir. Hər iki krossoveri hələlik yalnız Böyük Britaniyada sifariş etmək olar. Avtomobillərin qiyməti müvafiq olaraq, 62,250 və 68,520 funt sterlinqdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.