Bu günlərdə Jaguar F-Pace krossoveri “Ümumdünya qadın avtomobili” müsabiqəsinin qalibi olmuşdur. Eyni zamanda krossover “Ən yaxşı ofroder” kateqoriyasında da birinci yeri tutmuşdur.
Ümumilikdə müsabiqədə 294 avtomobil iştirak etmişdir. İlin ən yaxşı avtomobilini 14 ölkədən olan 17 qadın-avtojurnalistdən ibarət jüri seçmişdir. Finalda 32 avtomobil qalmışdır ki, jüri onların arasından altı kateqoriya üzrə qaliblərə səs verməli idi. Bundan əlavə, bu il yeni bir kateqoriya əlavə edilmişdir ki, bu kateqoriyada oktyabr ayında dünyadan köçən jüri üzvünün xatirəsinə “Holli Riçin arzularının avtomobili” adlandırılmışdır. Bu kateqoriyanın qalibi McLaren 570S superkarı olmuşdur. Digər kateqoriyaların qalibləri belə sıralanmışdır: “Ən yaxşı ailə avtomobili” – Honda Civic, “Ən yaxşı büdcə avtomobili” – Honda Jazz, “Ən yaxşı ofroder” – Jaguar F-Type, “Ən yaxşı idman avtomobili” – Ford Mustang, “Ən yaxşı dəbdəbəli avtomobil” – Volvo S90, “Ən yaxşı “yaşıl” avtomobil” – Toyota Prius. Keçən ilki müsabiqənin qalibi Volvo XC90 krossoveri, 2014-cü ildə isə, Mercedes-Benz S-Class modeli qalib gəlmişdir.