Hollandiyadan olan «Autovisie» nəşri ən güclü və ən becid olan Jaguar F-Type modelinin rəsmi broşürünü əldə etmişdir. Avtomobil. Jaguar Land Rover şirkətinin xüsusi əməliyyatlar bölməsi olan SVO tərəfindən hazırlanmış və SVR indeksinə sahibdir. Tam ötürücülü çəkiş sisteminə malik olan Jaguar F-Type SVR kupe və rodsteri beş litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilir. SVO bölməsinin mütəxəssisləri, mühərrikin gücünü 550 at qüvvəsindən 575 at qüvvəsinə, fırlanma anını isə 680 Nm-dən 700 Nm qədər artırmışlar. Güc aqreqatı səkkiz diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır.
Kupenin maksimal sürəti 300 kim/saatdan 322 km/saata qədər yüksəldilmişdir. Rodsterə gəldikdə isə onun maksimal sürəti 312 km/saat təşkil edir. SVR indeksli «vəhşi pişik» 0-dan 100 km/saat sürətini 3,7 saniyəyə toplayır ki, bu da adi F-Type’dan 0,4 saniyə yeyindir. Bundan əlavə, yeni model standart analoqundan 21 kiloqram yüngül olan karbon-saxsı əyləc mexanizmləri, titandan hazırlanmış buraxılış sistemi və alüminiumdan düzəldilmiş təkər diskləri ilə təchiz edilir.
Son iki element daha 22 kiloqram çəkiyə qənaət etməyə imkan verir. Avtomobilin xarici görünüşündə də dəyişikliklər mövcuddur. O, yeni qabaq spoyler, arxa diffuzor və antiqanadla seçilir ki, bunların sayəsində də avtomobilə təsir göstərən qaldıma gücü 80 faiz azalmış olur.
Bundan başqa, Jaguar F-Type SVR kupe və rodsteri, mühərrik vəəyləc mexanizmlərinin yaxşı soyudulmasını təmin edən genişləndirilmiş hava alıcıları ilə də təchiz edilir.
Avtomobilin Avropa satışları 2016-cı ilin yayında başlanmalıdır. Güman edilir ki, yeni modelin qiymətləri 130 min avrodan start götürəcək.