Bu yaxınlarda imicini yeniləyən Jaguar şirkəti öz müştərilərinin 98 faizini itirib. Keçən ilki rebrendinq və yeni üslubun nümayişçisi olan Type 00 elektrik kupesi böyük narazılıqlara səbəb olub. Lakin satışların azalması təkcə mühafizəkar müştərilərin bəyənmədiyi “gündəmə” doğru dönüşlə izah olunmur. Başqa bir səbəb də var - Jaguar qəfildən "yaşıl" mobilliyə doğru istiqamətini dəyişib və daxili yanma mühərrikli avtomobillərin istehsalını dayandırıb.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, Jaguar aprel ayında Avropada cəmi 49 avtomobil satıb. Bu, 2024-cü ilin eyni ayı ilə müqayisədə 97,5 faiz azdır. May ayında vəziyyət heç də yaxşı olmayıb - illik müqayisədə tələb 93,6 faiz azalıb. Ümumiyyətlə, ilin əvvəlindən Jaguar 2024-cü ilin eyni dövrü ilə müqayisədə Köhnə Dünyada 77,8 faiz daha az avtomobil satıb.

Tənqidlərə baxmayaraq, gənclərə ünvanlanmış rebrendinq müəyyən bəhrəsini verib. Belə ki, keçən ilin noyabr və dekabr aylarında yeni kimliyin premyerasından dərhal sonra Jaguar saytında trafik 110 faiz artıb. Fokus qruplarının iştirak etdiyi araşdırmalara görə, insanların 23 faizi Britaniya brendi haqqında daha çox məlumat əldə etmək istəyib. Bundan əlavə, 20 faiz daha çox insan Jaguar brendinin “məhsulları üçün daha çox ödəməyə dəyədiyini” hesab edir.

Satışların çökməsi əsasən benzin və dizel mühərrikli avtomobillərin istehsalının başa çatması ilə izah olunur. Avtomobil salonları demək olar ki, boşdur və "yeni dalğanın " elektrik flaqmanı - Type 00 konseptinə əsaslanan fastbək gecikir. O, yalnız 2026-cı ildə debüt etməlidir. Seriya elektromobil iki əvəzinə dörd qapılı kuzova, 770 kilometrlik yürüş məsafəsinə malik olacaq və yəqin ki, 00 əvəzinə 01 indeksini alacaq. Onun ardınca elektrik krossoveri və naməlum bir “batareyalı” model işıq üzü görməlidir. Hər üç model də 2029-cu ilə qədər debüt etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.