Jaguar Land Rover şirkəti 29 yeni ad qeydiyyatdan keçirmişdir ki, onların sırasında cari modellərə aid olanlarla yanaşı yeni adlar da mövcuddur. Bu barədə məlumatı Auto Guide nəşri yaymışdır.
Hazırki Jaguar modellərin yeni modifikasiyalarının hazırlana biləcəyinə işarə vuran adlar arasında XJS və CXJ, C-XE, iXE, diXE, XEdi, XEi və CXF isimləri vardır. Bundan başqa, Jaguar şirkətinə məxsus olan adlar arasında P-Type vı T-Type isimlərini da qeyd etmək olar.
Land Rover modelləri üçün «tanış» olan adlara Wesminister, Freestyle Landy və Range Rover Classic kimi isimləri aid etmək olar. Bununla bərabər JLR Sawtooth, Stormer və Landmark əmtəə nişanlarını da qeydə almışdır. Siyahıdakı qalan adlar dəqiqləşdirilməmişdir.
Aktual modellər ilə əlaqəli olan müxtəlif adların qeydiyyata alınması hələ onlardan istifadə ediləcəyinə dəlalət etmir.
Əksər hallarda, bu yolla istehsalçılar özünü və modellərini digər istehsalçıların modelləri ilə asossiasiya edilməsindən sığortalayırlar və bu adlardan istifadə edilməsinin qarşısını alırlar.