Jaguar Land Rover qrupu çinin Jiangling Motor Holding şirkətinə qarşı başlatdığı və uzun müddət davam edən məhkəmə prosesinin qalibi olub. Sonuncu Range Rover Evoque modelinin lisenziyasız sürətini istehsal edirdi. Pekinin Çaoyan rayonunun məhkəməsi Landwind X7 krossoverinin plaqiat olduğunu qəbul edərək, onun satışlarını dayandırılması barədə qərar verib. Bundan başqa, çin şirkəti britaniya markasına kompensasiya ödəməlidir.
«Autocar» dərgisi bu qərarın misilsiz olduğunu qeyd edib. Əvvəllər qanunvericiliyin xüsusiyyətlərinə görə çin məhkəmələri xarici şirkətlərin tərəfini saxlamayıb. JLR qrupu isə, öz qələbəsini «dünya avtomobil sənayesinin tarixində ilk praktika» adlandırıb.
Məhkəmə prosesi üç il davam edib və 2015-ci ildə Quançjouda Landwind X7 modelinin təqdimatından sonra dərhal sonra başlanıb. Jiangling Motor Holding şirkəti Range Rover Evoque modelinin surətinin dizaynında yüngül dəyişiklik etsə də, məhkəmə orijinalın beş unikal cəhətlərindən istifadə olunduğunu və bənzərliyin alıcıları çaşdırdığını bildirib.
Xatırladaq ki, GM Daewoo Auto&Technology şirkətinin Chery Automobile firmasının Matiz hetçbekinə bənzəyən QQ modelinin satışlarını dayandırmaq cəhdi boşa çıxıb. Hətta, avtomobillərin bir-birini əvəzləyən kuzov panellərinin olması belə çin məhkəməsini fikrindən daşındıra bilməyib.