Jaguar Land Rover qrupu yaxın dörd il ərzində hər il bir “qaynar” model buraxmaq niyyətində olduğunu bildirmişdir. Bu baradə məlumatı, Britaniya istehsalçısının Special Vehicle Operations (SVO) xüsusi bölümünün yeni texniki mərkəzinin açılışında iştirak etmiş “Autocar” dərgisinin jurnalistləri əldə etmişdirlər.

Hal-hazırda SVO bölümü üç xüsusi versiyadan olan avtomobil hazırlamışdır.  Bunlar Range Rover Sport və Jaguar F-Type modellərinin “qaynar” SVR modifikasiyaları, həmçinin uzadılmış bazalı dəbdəbəli Range Rover SVAutobiography modelidir.

Bu bölümün hazırladığı dördüncü model ilin sonunda təqdim ediləcəkdir ki, gözlənilənlərə görə, bu avtomobil Land Rover xəttinin üzvü olacaqdır. Əvvəllər, SVO bölümünün ağır yolsuzluq şəraiti üçün ekstremal Discovery modelini hazırlayacağı ehtimal olunurdu.

20 min kvadrat metr sahəsi olan yeni texniki mərkəz sayəsində SVO bölümü istehsal edilən avtomobillərin həcmini 40-50 faiz artırmaq niyyətindədir. Bu ildə yeddi min avtomobilin istehsal  edilməsi deməkdir. Öz boyama sexinə və yığılma konveyerinə malik olan müəssisənin tikilişinə 20 milyon funt-sterlinq sərmayə qoyulmuşdur.

“Qaynar” Range Rover Sport SVR və Jaguar F-Type SVR modelləri 5,0-litrlik səkksiz silindirli kompressorlu V8 mühərrikləri ilə təchiz edilirlər. Ofroderin mühərrikinin gücü 550 at qüvvəsi, sportkarın mühərrikinin gücü isə 575 at qüvvəsi təşkil edir. “Qaynar” ofroder yerindən 100 km/saat həddinə 4,7 saniyəyə, sportkar isə 3,5 saniyəyə sürətlənir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt