Jaguar Land Rover qrupunun rəhbərliyi Range Rover modelinin ultradəbdəbəli üçqapılı SV Coupe variantını buraxmaqdan imtina edib. Range Rover SV Coupe modelini 999 nüsxədən ibarət olan məhdud saylı tirajla buraxmaq planlaşdırılırdı. Model 240 min funt-sterlinqdən satılmalı idi.

Şirkət rəsmisinə istinad edən "Auto Express" nəşri qərarın tələbatla bir əlaqəsi olmadığını bildirib. Lakin, ofrouderə qəbul edilmiş öncədən sifarişlərin sayı açıqlanmayıb. Bəzi məlumatlara görə, bir sıra müştərilər onların spesifikasiyası üzrə hazırlanmış avtomobil üçün 340 min funt-sterlinq belə ödəməyə jazır olduqlarını bildiriblər. Bu rəqəm Rolls-Royce Cullinan modeli üçün tələb edilən məbləğdən çoxdur.

İmic modelindən imtinanı xərclərin azaldılması ilə əlaqələndirirlər. Şirkət əməliyyat gəlirlərini 2,5 milyard funt azaltmaq niyyətindədir. Bu münasibətlə 4500 əməkdaş ixtisara düşəcəkdir. SV Coupe modelinin taleyinə Çində lyüks modellərə olan tələbatın azalması da təsir etdiyi də ehtimal olunur.

Range Rover SV Coupe modeli keçən il keçirilmiş Cenevrə avtosalonunda təqdim edilib. Üçqapılı ofroder 565 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 5,0-litrlik ötürməli kompressoru olan V8 benzin mühərriki ilə hərəkətə gəlir. Səkkiz pilləli ZF avtomatik ötürmələr qutusu ilə tandemdə çalışan güc aqreqatı ofroderi 100 km/saat həddinə 5,3 saniyəyə sürətləndirir. Yeni model beşqapılı modellə yalnız ümumi kapota və baqaj qapağını alt hissəsinə malikdir. Qalan kuzov panellərinin əksəriyyəti alüminiumdan hazırlanıbdır. Bundan başqa, ofroderin bamperləri və radiator barmaqlığı da dəyişibdir.

Range Rover SV Coupe səkkiz millimetr (212 millimetr) azaldılmış klirensə malikdir. 100 km/saat həddində pnevmatik asqı ilə təchiz edilən ofroder 15 millimetr “aşağı oturur”. Ofroderin maksimal klirensi 367 millimetrdir. Avtomobilin təchizatına ön və arxa oturacaqların elektrik tənzimlənməsi, uzaq işıqlarının lazer işıqdiodları olan işıqdiodlarından fənərlər, arxa differensialın qapanmasına malik olan daimi tam çəkiş sistemi, 23-düymlük təkər diskləri və idarəetmə elektronikasının rejimlərinin dəyişdirilməsi sistemi daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt