Audi şirkətinin ardınca Jaguar Land Rover şirkəti də modellərin yeni adlandırma sistemini tətbiq edib ki, bu da modellərin identifikasiyasını asanlaşdırmalıdır.
Yeni indekslər 2108-ci ilin modellərində tətbiq ediləcəkdir.
İlkin olaraq, yeni işarələnməni Range Rover Velar modeli alacaqdır. Bu barədə xəbəri Auto Express saytı yayıb. Sayt F-Type modelinin yeni P380 AWD indeksi olan təsvirini də dərc edib. Burada, P (petrol) benzin mühərrikinə, 380 isə mühərrikin gücünü bildirir. Kupenin 2,0-litrlık dörd silindlri variantı isə P300 adlandırılacaqdır. Range Rover Velar modelinin başlanğıc dizel modifikasiyası D180 indeksinə sahib olacaqdır.
Digər bir misal, Jaguar I-Pace elektrokarı E400 indeksini daşıyacaqdır.