Jaguar Land Rover mühəndisləri sürücüyə xəbərdarlıq etmək üçün yeni sistem fikirləşiblər. Bu, müxtəlif hissələri yeyin qızdırılan və ya soyudulan sükan çarxıdır. Bu yolla sistem sürücüyə hərəkət istiqaməti və ya tıxaclar haqqında məlumat verəcəkdir.
“Sensorlu sükan” Jaguar Land Rover və Qlazqo universitetinin əməkdaşlarının birgə layihəsidir. Sükanın müxtəlif hissələrini növbə ilə qızıdırıb-soyudraq, sürücünü naviqasiya sisteminin ismarıcları və ya yol boyu olan tıxaclar və qəzalar barədə xəbərdar etmək olar. Belə bir sistemin məhdud görüntü şəraitində (qar, duman və ya dağ yollarında) daha faydalı olacağı ehtimal edilir. Jaguar Land Rover alyansının tədqiqatları istilik siqnallarının sürücünün diqqətini getdiyi yola cəmləməyə yardım edəcəyini göstərir.
Gələcəkdə bu texnologiyanı sükanaltı dəstəklər üçün də adaptasiya etmək də olar. Onların temperaturu avtomobilin idarəetməsinin avtopilota ötürülüb-ötürülmədiyi göstərəcəkdir. Hazırda “sensorlu sükanda” çarxın hər iki tərəfinin temperaturu dəyişir ki, qızdırılan və ya soyudulan yerlərdəki istilik fəqri 60 Selsiyə qədər dəyişir. Sistemin temperatur diapazonu mediasistemin ekranı vasitəsi ilə tənzimlənir.
Nəhayət, istilik siqnallarını digər xəbərdarlıqlar üçün də istifadə etmək olar. Buna misal olaraq, yanacaq ehtiyatı və ya diqqətəlayiq obyektə yaxınlaşma barədə məlumatı göstərmək olar.