Jaguar şirkəti 1960-cı illərin E-Type modeli tamamilə bərpa etmişdir. Bu zaman mövcud olan çertyoj və spesifikasiyalardan istifadı edilməklə hazırlanan elementlərdən istifadə edilmişdir.
Bu Jaguar E-Type Britaniya istehsalçısının Reborn («yenidən bərpa») proqramı çərçivəsində bərpa edilən klassik avtomobillərdən növbətisidir. Avtomobillər bu gün konveyerdən çıxmış kimi vəziyyətə malikdirlər. İlkin olaraq, bu kupe 1965-ci ilin mayında Kaliforniyaya göndərilmişdir. Avtomobil, 1983-cü ildə konservasiya edilib saxlanılmağa göndərilməsinə qədər 125 min kilometr yürüş etmişdir.
Bir müddət bundan öncə avtomobil Böyük Britaniyaya geri göndərilərək Jaguar Classic bölümünün mütəxəssisləri tərəfindən bərpa edilmişdir.
Əks mühəndisliyin köməkliyi ilə, şirkət mütəxəssisləri, kuzov elementləri də daxil olmaqla çox sayda elementləri yenidən yaratmışdırlar.
Jaguar şirkəti 10 ədəd «yeni» E-Type modelini buraxmağı planlaşdırır ki, hər avtomobilin bərpası 285 min funt sterlinqə (609 min manat) başa gələcəkdir. Bununla belə, sifarişçi əlavə ödənişlə avtomobili sinxronizatorlu ötürmələr qutusu, yaxşılaşdırılmış soyutma sistemi və modelin ikinci nəslindən götürülmüş əyləc sistemi ilə təchiz etmək şansına malikdir.
Bərpa edilmiş ilk E-Type modelinin nümayişi Essendə keçiriləcək Techno-Classica sərgisində baş tutacaqdır. Reborn proqramı üzrə bərpa edilən avtomobillərdən biri də 1970-ci ilin Range Rover olmuşdur. Şirkət 10 ədəd ofroderi hazırlamağı planlaşdırır. Bir avtomobilin bərpasına 135 min funt-sterlinq (395 min manat) tələb edilir.
Jaguar Land Rover şirkəti klassik avtomobil sahiblərinin bərpa üçün ofroderlərin tapacağına böyük ümid bəsləyir. 2014-cü ildə Jaguar şirkəti E-Type Lightweight yarış avtomobilini bərpa etmişdir. Bu avtomobil GT çempionatında iştirak edən orijinal yarış avtomobilinə maksimal yaxın olmuşdur. Cəmi altı avtomobil hazırlanmışdır. Hər birinin qiyməti 1,2 milyon avro təşkil etmişdir.
2016-cı ildə zavod çertyojlarından istifadə edərək 1957-ci ilin Jaguar XKSS sportkarı da istehsal edilmişdir. Avtomobilin yığılmasına 10 min insan-saat sərf edilmişdir.
Cəmi doqquz klassik avtomobilin buraxılması nəzərdə tutulmuşdur ki, onların da hər biri iki milyon dollara satılması nəzərdə tutulur.