Jaguar şirkəti rebrendinqi həyata keçirib. Britaniya şirkəti yeni loqotipi, korporativ şrifti və şüarı təqdim edərək, öz identifikasiyasını “tamamilə yenidən yüklənmədən keçdiyini” bəyan edib.

Bu, Copy Nothing (“Heç nəyin sürətini çıxarma”) ifadəsidir ki, burada əsas məqsəd brendi onun yaradıcısı Uillyam Layonsun ideallarına – əsl fərdiliyə və orijinal yaradıcı düşüncəyə, - qaytarmaqdır. Yeni brend simvolları dekabrın 2-də, gələcək Jaguar elektromobillərinin müjdəçisi olan Design Vision Concept konsepti ilə birlikdə nümayiş etdiriləcək.

Jaguar brendinin Exuberant Modernism (“Parlaq Modernizm”) adlanan yeni korporativ üslubu dörd əsas elementdən ibarətdir. Bu, simmetriya və sadəlik ilə xarakterizə edilən "modernizmin zəfəri" kimi səciyyələndirilən dəyirmi hərflərdən ibarət olan Device Mark şriftidir. Strickthrough - üfüqi zolaqlı qrafiki elementdir və elektrik avtomobillərin dizaynında istifadə oluna bilər.

Üçüncü Exuberant Colors rəngləriidir - ilkin qırmızı, sarı və mavi şalarlar qarışdırıldıqda bütün digər rəngləri yaradırlar. Nəhayət, dördüncü element Makers Marks və ya istehsalçının işarələridir. Bu, dairəyə alınmış j və r hərfləri, habelə brendin simvolu olan yeni Jaguar loqotipidir - tullanan yaquar (leaper).

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bütün bu elementlər qarşıdan gələn konseptdə, eləcə də brendin 2030-cu ilə qədər buraxacağı üç seriya elektromobilində tətbiq ediləcəklər. Birinci elektrokar dördqapılı Gran Turismo, ikincisi - lüks krossover, üçüncüsü isə, sedan olacaq.

Jaguar 2026-cı ildə tamamamilə elektrik dartmasına keçəcək. Birinci rübdə Avropa bazarı üçün nəzərdə tutulmuş daxiliyanma mühərrikli sonuncu Jaguar - F-Pace krossoveri konveyerdən çıxacaq.  "Yenidən yüklənmiş" brendin ilk seriya modeli həmin ilin yayında bazara çıxmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.