Jaguar şirkəti YouTube kanalında çox faydalı bir videoçarxı dərc edib. Britaniya markasının avtomobilindən istifadə edib-etmədiyinizdən asılı olmayaraq, bu videoçarx sizə sürücü oturacağında təhlükəsiz və rahat oturmağa kömək edəcəkdir.
Videoçarxda insanın sükan arxasından nəinki rahatlığı və qaməti, həmçinin təhlükəsizliyin və avtomobil üzərində nəzarətin bir sıra aspektləri nəzərə alınıbdır. Əgər hesab edirsiniz ki, siz artıq tənzimləmələri edərək kreslonuzda rahat əyləşmisiniz, istənilən halda bu çarxa baxmağı məsləhət görürük.
Nə vaxtsa Koventridəki Jaguar Works müəssisəsinə baş çəkərkən təsdüfən sürüşərək yıxılsanız, sizə ilk yardımı Jaguar şirkətinin baş həkimi Stiv Ayli göstərəcəkdir. Elə onun köməkliyi ilə də, Jaguar sukan arxasında oturmağın incəlikləri barədə danışıb.
İlk məsləhət çox sadədir və etiraf edək ki, bizi bir qədər təəccübləndirdi - ilkin olaraq, ciblərinizdəki artıq əşyaları çıxarmaq gərəkdir, çünki onlar sürücünün bədəninin vəziyyətinə təsir edirlər. Əslində bu problem deyil, çünki müasir avtomobillərdə gündəlik daşıdığınız xırda əşyaları yerləşdirmək üçün kifayət qədər qutu və bölmələr mövcuddur.
Bunun ardınca oturacaqda mümkün qədər dərin oturduğunuzdan əmin olmalısınız. Sonra isə, kürəyinizin düz durmasını və bütün səthi ilə kresloya təmas etdiyini yoxlamalısınız. Üstəlik, kürək avtomobilin şassisinə münasibətdə perpendikulyar olmalıdır. Başın yuxarı hissəsi isə, başlıqla eyni səviyyədə durmalıdır. Dizlər və qollar yüngül şəkildə qatlanmış olmalıdır ki, sükanı döndərmək və pedallara basmaq rahat olsun. Sükanı döndərən zaman sizin çiyinləriniz oturacaqdan ayrılmamalıdır.
Yollanmazdan əvvəl bir neçə dəqiqə sərf edərək, bu sadə məsləhətlər sayəsində özününzü sükan arxasında rahat və inamlı hiss edə bilərsiniz. Döğrudur, bu avtomobil istehsalçısından gözlənilən bir video olmasa da, Jaguar markasına faydalı məlumatla bölüşdüyünə görə öz minnətdarlığımızı bildiririk.