Jaguar şirkəti Gran Turismo oyunu üçün hazırladığı üçüncü virtual hiperkarı nümayiş etdirib. Yeni superkar Vision Gran Turismo Roadster adlanır və texniki cəhətdən 2019-cu ilin Vision Gran Turismo Coupe kupesini təkrarlayır. Müəlliflərin düşüncəsinə görə, spidster üç elektromotor ilə təchiz edilir, ilk “yüzlüyü” iki saniyədən az vaxta toplayır və 322 km/saat həddinə sürətlənir.
Elektrik hiperkarı Playstation4 və Playstation5 konsollarındakı Gran Turismo 7 simulyatorunda peyda olacaqdır. Yeni hiperkar Vision GT Coupe və Vision GT SV superkarlarına qoşulacaqdır.
Vision Gran Turismo kupesində olduğu kimi, spidster də Britaniya markasının keçmiş və bu günki yarış tarixindən ilham alınaraq yaradılıb. Kuzovun hamar cizgiləri, ön qanaddakı dəri kəmərlər və sürücünün oturacağının arxasındakı irəli çıxan üzgəc-stabilizator əfsanəvi və ölümsüz Jaguar D-Type modelini xatırlatmalıdır.
Lakin texniki cəhətdən Vision Gran Turismo Roadster 2019-cu iin virtual kupesini təkrarlayır. Yəni, üç elektrik mühərriki (biri - öndə, ikisi - arxada) ümumilikdə 1020 at qüvvəsi və 1200 Nm fırlanma anı hasil edirlər və spidsteri 100 km/saat həddinə iki saniyədən az müddətə sürətləndirirlər.
Spidsterin konstruksiyasında karbonplastikdən və müasir əlümünium ərintilərindən istifadə olunub. Litium-ion batareyası kuzovun ağırlıq və yana əyilmə mərkəzinin maksimal dərəcədə aşağı salmaq, habelə çəkinin oxlar arasında optimal bölüşdürülməsi təmin edəcək bir məkanda yerləşdirilib.
Jaguar avtomobilin çəkisi barədə məlumat verməyib. Məsələn, virtual kupenin çəkisi 1400 kiloqramdır.
Bununla belə, təkyerli Jaguar britaniyalıların Gran Turismo 7 simulyatorundakı ən ekstremal modeli deyil - sumulyatorda ümumi gücü 1900 at qüvvəsi olan dörd elektrik mühərriki ilə təchiz edilmiş Vision GT SV hiperkarı movcuddur. Bu hiperkar 100 km/saat həddini 1,65 saniyəyə toplayır.
Hiperkarın maskimal sütəri 410 km/saatdır. Kupe intellektual tam ötürmə, təkərlərdəki dartmanın optimallaşdırılması sistemi və qabaqcıl aerodinamikaya malikdir: 322 km/saat sürətində hiperkara 483 kiloqrama ekvivalent olan mənfi qaldırma qüvvəsi təsir göstərir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.