Jaguar şirkəti, Avropada unversal kuzovlu avtomobillərə olan tələbətın aşağı düşməsi ilə əlaqədar bu tip avtomobillərin istehsalını dayandırmaq qərarına gəlmişdir. Bu barədə məlumatı ingilis markasının baş dizayneri Yan Kalluma istinadən Automotive News nəşri yaymışdır. «Universalların bazarı güclü şəkildə kiçilir. Nə qədər də çətin olsa da, etiraf etməliyəm ki, bu seqmentdə iştirakımızı əsaslandırmaq çox çətindir. Unversalların əsas alıcı kütləsi Almaniyada yaşayır, onlar da alman avtomobilləri almağa üstünlük verirlər» - deyən Kallum məsələyə aydınlıq gətirmişdir.
Digər tərəfdən Jaguar rəhbərləri əsas bazarlarda - ABŞ və Çində də universallara olan tələbin cüzi olduğunu vurğulayaraq, krossoverlərin daha populyar olduğunu bildirmişdirlər. Bəlkə də, elə bu səsbdən ingilis istehsalçısı 2017-ci ildə Jaguar F-Pace krossoverinin Special Vehicle Operations (SVO) tərəfindən hazırlanmış «bərkgedən» modifikasiyasını buraxmaq fikrində olduğunu bildirmişdir.
Car and Driver nəşrinin əldə etdiyi məlumata əsasən «qaynar» krossover 500 at qüvvəsi olan beş litrlik ötürməli kompressoru olan V8 mühərriki ilə təchiz ediləcəkdir. Şirkət daxilindəki mənbənin bildirdiyinə görə, istehsalçı artıq avtomobilin protottipinin sınaqlarına başlamışdır. Hal-hazırda krossoverin ən güclü modifikasiyası 380 at qüvvəsi gücü olan kompressorlu V6 mühərriki ilə hərəkətə gəlir.
Xatırladaq ki, SVO bölümü Range Rover Sport və Jaguar F-Type modellərinin «bərkgedən» variantlarını, həmçinin eksklyuziv Project 7 rodsterini hazırlamışdır. Car and Driver nəşrinin əldə etdiyi digər məlumatda, bu bölmənin XE sedanının bir neçə «qaynar» variantını da hazırladığı söylənilir. Güman edilir ki, bu avtomobil 495 at qüvvəsi gücü olan V8 mühərriki ilə təchiz ediləcəkdir.