Hardkor Jaguar XE SV Project 8 sedanı Nürburqrinqin yarış taksiləri parkına daxil edilib. Arzu edənlər, sərnişin qismində avtomobildə 20,8 kilometrlik trekdə 250 km/saat sürəti ilə gedə bilərlər. 1,8 g qüvvəsində təzyiqlərə məruz qalmaq üçün 199 avro ödəməniz kifayətdir.
Jaguar XE SV Project 8 Nürburqrinqin ən yeyin mülki sedanıdır. 300 nüsxədə buraxılan sedan yarış trekindəki dövrəni 7 dəqiqə 21,23 saniyəyə başa vurub. Bu göstərici əvvəlki rekordsmen olan Alfa Romeo Giulia Quadrifoglio sedanın nəticəsində 11 saniyə yeyindir.
Rekord zamanını qeydə alan vaxt, avtomobilin sükanı arxasında BTCC və WTCC seriyalarının eks-pilotu belçikalı Vinsent Radermeker olub. Dövrə zamanı avtomobildə idarəetmə elektronikasının trek rejimi aktivləşdirilibmiş. İstehsalçı yürüş zamanı standart Michelin Pilot Sport Cup 2 şinlərindən istifadə edib.
"Qaynar" sedan Jaguar Land Rover alyansının Special Vehicle Operations (SVO) bölməsi tərəfindən hazırlanıb. Sedan karbondan hazırlanmış bamper, kapot, 19 millimetr genişləndirilmiş ön qanadları, yan “ətəkləri”, tənzimlənən ön splitteri, arxa diffuzoru və iki vəziyyətdə tənzimlənən arxa antiqanadı əldə edib.
Əlavə olaraq, sedan 55 millimetr genişləndirilmiş və alüminiumdan hazırlanmış arxa qanadlara, arxa qapılara, həmçinin tam hamar altlığa sahib olub. Ən güclü Jaguar beş litrlik kompressorlu səkkiz silindrli mühərriklə hərəkətə gəlir.
Güc aqreqatı 600 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu, həmçinin aktiv differensialı və elektron idarəetməsi olan tam çəkiş sistemi ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə sedan 3.3 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 320 km/saatdı