Artıq məlum olduğu kimi, Daniil Kvyat Scuderia Toro Rosso komandasındakı yerini itirib. Bu barədə rus pilota xəbəri Helmut Marko verib. Ostindəki söhbətdən sonra, Marko Daniilə Ostini həmin an Ostini tərk etməsi barədə göstəriş verib. Çox güman ki, Dani ilə Marko arasındakı söhbət, heç də güman edildiyi kimi sakit tərzdə keçməyib.
1997-ci ilin dünya çempionu Jak Vilnyov da Daniil Kvyat haqqında sərt ifadələr işlədib. Kanadalı rus pilotun öz istedadını sübuta yetirmək üçün istənilən qədər vaxtı oluğunu, lakin, bunu etmədiyini bildirib. Kanadalı Kvyatın bir daha Formula 1 çempionatına qayıtmayacağını ümid etdiyini bildirib.
“Ümid etmək istərdim ki, belə olacaq, - Motorsport-Total Vilnyovdan sitat gətirib. – Sadəcə onun nəyə nail olduğuna baxın. O, özünü çox yegəxana və aqressiv şəkildə aparırdı. Onun nəticələri isə başqa şeydən xəbər verirdi.
Artıq, kənara çəkilərək digər pilotlara da özlərini sınamaq üçün imkan vermək gərəkdir. Onun nə qədər zamanı vardı? Üç il? Onun öz imkanlarını göstərmək üçün kifayət qədər vaxtı olub. Artıq nə isə etmək çox gecdir. Formula 1 zəiflər üçün deyil. Güclü olmalısan - əks halda, xoş getdin!”.