Kaliforniya ştatının Monterey şəhərində avqust ayında keçiriləcək hərraclarda maraqlı bir lot hərraca çıxarılacaqdır. Mecum hərrac evi Amerika Birləşmiş Ştatlarının birinci xanımı olmuş Jaklin Kennedi tərəfindən istifadə edilən 1961-ci ilin Lincoln Continental avtomobilini hərraca çıxarmaq niyyətindədir.

Dörd qapılı kabriolet Ford şirkəti tərəfindən xüsusi olaraq Con Kennedinin hökümətinin avtoparkı üçün hazırlanmışdır. Prezidentin sərəncamında bir neçə xüsusi Lincoln avtomobilinin olmasını nəzərə alaraq, kabrioleti Ağ ev sahibinin xanımına vermək qərarı qəbul edilmişdir.

Kabriolet gücü 300 at qüvvəsi olan yeddi litr iş həcmi olan V8 mühərriki və üç pilləli avtomatik sürətlər qutusu ilə təchiz edilmişdir. Lincoln Continental modelinin təchizatına sükan və əyləc gücləndiricisi, kruiz-kontrol və elektrik şüşəqaldıranlar daxil edilmişdir.

Avtomobil hökumətin balansından silindikdən sonra, onu Mərilənd ştatının Lanhem şəhərində yerləşən Stüart Ford diler mərkəzi əldə etmişdir. Bir neçə il bundan əvvəl avtomobil tam bərpa edilmişdir.

Hərracların başlanmasına bir aydan az vaxt qalsa da, lotun qiyməti hələlik məlum deyildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt