FİA prezidenti Jan Todt, komandaların özlərinin güc qurğusunun elementlərinin dəyişdirilməsinə görə cəzanın verilməsi və 2018-ci ildə istifadə ediləcək mühərriklərin sayının dörddən üçə endirilməsi qaydalarının həyata keçirilməsini dəstəklədiklərini bəyan edib.

«Bildirməliyəm ki, mühərrikin dəyişdirilməsinə görə pilotların cəzalandırılması qərarı ümumi şəkildə qəbul olunub, - ESPN F1 nəşri  Jan Todtdan sitat gətirib. - Siz bir mövsüm üçün üç mühərrikdən danışırsınız. Bəziləri ümumiyyətlə bir mühərrik saxlamağı təklif edirdilər!

Bu qərarda yeni bir şey görmürəm. Bir neçə il bundan öncə, 2018-ci ilin qaydaları barədə razılıq əldə etmişdirk. Qaydalardan imtina etmək üçün və mövsümdə dörd mühərrik saxlamaq üçün əldə olunmayan ümumi razılıq gərəkdir.

Beləliklə, gələn il üç mühərrik olacaqdır. Bir şeyi aydınlaşdırmaq istəyirəm: bir komandanın mövsümdə 100 mövqe cəzası aldığı, digərinin isə, heç cəza almadığı barədə yazıları oxumaq xoşuma gəlmir. Lakin, Formula 1-də uğur çoxlu faktorlardan və onları bir yerdə cəmləməkdən asılıdır.

F1 çox bahalı idmandır. Top-komandalar ilə digərlərinin arasında böyük fərq mövcuddur. Xərclərin azaldılması üçün mühərriklərin sayını ixtisar etmək və özəl kollektivlərə verilən detalların dəyərini azaltmaq qərarı alınıbdır».