Bu günlərdə Birləşmiş Ərəb Əmirliklərində Jannarelly firmasının istehsalı olan Design-1 rodsterinin rəsmi təqimat mərasimi keçirilmişdir. Jannarelly Design-1 avtomobili barədə biz əvvəllər məlumat vermişdik. Rodsterin dizaynını yaradan şəxs W Motors Lykan və Fenyr superkarlarının dizayneri Entoni Cannarellidir. Rodsterin qabarit uzunluğu 3860 millimetr, eni – 1840 millimetr, hündürlüyü – 1080 millimetr, təkər bazası isə 2425 millimetrə bərabərdir.
Avtomobilin əsasını alüminium və poladdan olan xüsusi rama təşkil edir. 1957 ilin Ferrari 250 Testa Rossa modelini xatırladan avtomobilin kuzovu şüşə və karbon plastikdən hazırlanmışdır. Design 1 Nissan şirkətinin istehsalı olan 3,5-litrlik VQ35 mühərriki ilə təchiz edilir. Mühərrik 304 at qüvvəsinə və 371 Nm fırlanma anına malikdir. Sürətlər qutusu - altı pilləli mexaniki qutudur. Arxa çəkişli spayder yüksək sürtünməli differensialla təchiz olunur. Alın şüşəsi olmayan avtomobil 710 kiloqramm çəkiyə malikdir. O, 100 km/s sürətini 4,0 saniyəyə toplayır və 220 km/s maksimal sürətə malikdir.
Əvvəl də xəbər verildiyi kimi, rodsterin ilk nüsxələri xüsusi modifikasiyada hazırlanacaqdır.. 55 min dollar məbləğində qiymətləndirilmiş avtomobilin avadanlıqlar siyahısına dəri oturacaqlar, karbonplastik və xromla işləmələr dəsti,avtomatik yanğınsöndürmə sistemi, dördnöqtəli təhlükəsizlik kəmərləri və polikarbonatdan hazırlanmış alın şüşəsi daxildir. Jannarelly firması ilk seriyanı 30 ədədlik tirajla buraxacağını bildirmişdir.
Cannarellinin bildirliyinə görə, sonradan avtomobilin daha sadə variantını və hatta yığma dəsti şəklində, mühərrik və sürətlər qutusu olmadan sifariş etmək də mümkün olacaq. Avtomobilin əlavə avadanlıq siyahısına şüşəsilənlə təchiz edilmiş alın şüşə, sərt dam örtüyü və hətta arxa hissənin dizaynının dəyişdirlmıəsi də daxil olacaq. Firma avtomobilin istehsalına 3 ay vaxt gərək olduğunu bildirmişdir.
Hal-hazırda firma 20 ədəd qabaqcadan ödənilmiş sifariş almışdır. Bundan əlavə, firma nümayəndələri 80 nəfərlə danışıqlar aparıldığını da bildirmişdir. İlk avtomobillər sahiblərinə yayın sonuna kimi çatdırılacaqdır.