Onillər ərzində Century Yaponiyada yaradılmış ən dəbdədbəli avtomobil hesab olunurdu. 1967-ci ildə debüt etmiş sedan yalnız daxili bazarda satılırdı və onun əsas alcıları dövlət strukturları və işgüzar elita idi. Lakin 2023-cü ildə vəziyyət dəyişib – Toyota model çeşidini genişləndirmək qərarına gəlib və Century ofrouderini buraxıb. İndi isə, Tokyoda keçirilən Japan Mobility Show 2025 sərgisində kupe kuzovuna malik olan Century nümayiş etdirilib.

Nəzərə alın ki, bu artıq Toyota deyil, sadəcə Century’dir. Müstəqil brend olaraq o, Toyota ierarxiyasında ən yuxarı pillədə yerləşir və ana şirkətindən ayrıca mövqeləndirilir. Bundan başqa, Century premial Lexus brendini də üstələyir və Rolls-Royce kimi lüks brendlərlə rəqabət aparmaq niyyətindədir. BMW konserninə daxil olan lüks subbrend kimi, Century də alıcılarına tamamilə fərdi və “unikal” təcrübə təklif edir.

Bunun təsdiqi kimi, Tokiyoda nümayiş etdirilmiş və hətta adı açıqlanmayan qeyri-adi avtomobil çıxış edir. Üstəlik, nümayiş etdirilən avtomobilin konsept və ya seriya modeli olması aydın deyil, çox güman ki, bu ikisinin arasındakı bir şeydir. Kupe ofrouderdən iki mərtəbəli işıqlandırma texnikasını götürüb, lakin iki avtomobil arasındakı oxşarlıq bununla da bitir. Kupe iri ölçülərə malikdir və onu Rolls-Royce Spectre kupesinə yapon cavabı hesab etmək olar.

Dəbdəbəli Rollce-Royce kupesi tamamilə elektrik dartması ilə hərəkətə gəlirsə, Century kupesinin kapotundakı hava girişləri daxili yanma mühərrikinə işarə edir. Xatırladaq ki, Century sedanı 5,0-litrlik V8 atmosfer mühərriki, ofrouder isə, V6 mühərrikinə əsaslanan plagin hibrid güc qurğusu ilə hərəkətə gəlir. Bununla belə, Toyota şirkətinin 1997-2017-ci illərdə buraxdığı ikinci nəsil Century sedanında quraşdırılan V12 mühərrikinin qayıtmasından söhbət belə gedə bilməz.

Century kupesinin salonu dördyerli quruluşa, xamıt formalı sükan çarxına və məlumat-əyləncə sisteminin smartfona bənzəyən yığcam ekranına malikdir. Mərkəzi bənd salonu iki yerə bölür, mərkəzi dayağın yoxluğu isə, arxa oturacaqlara girişi asanlaşdırır. Maraqlıdır ki, avtomobil qapıların asimmetrik quruluşuna malikdir: sərnişin (sol) tərəfində iki sürüşərək açılan qapı, sürücü (sağ) tərəfində isə, bir qapı var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Century modelinin fastbək kuzovunun çoxlu sayda üstün cəhətləri olsa da, arxa şüşənin yoxluğu barədə bunu söyləmək olmaz. Digər tərəfdən, bu şou-kardır və o, belə formada seriyaya getməyəcək. Kupenin son versiyası bir qədər təmkinli görünəcək: qapılar, güzgülər və mərkəzi dayaqlar ənənəvi olacaqlar.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.