Almaniyada yerləşən JE Design atelyesi ikinci nəsil Audi Q7 modeli üçün tüninq proqramını təqdim etmişdir. Yeni paket S Line xəttindən olan krossoverlər və bir müddət bundan əvvəl təqdim edilmiş «qaynar» SQ7 modeli üçün nəzərdə tutulmuşdur. JE Design tərəfindən hazırlanmış tüninq proqramı ilk növbədə avtomobilin enini artıran aerodinamik kuzov parçaları dəstindən ibarətdir. Bu dəstə yeni ön və arxa bamperlər, arxa spoyler, təkər tağlarının genişləndiriciləri və xüsusi formalı yan kandarlar daxildir. Almanlar bu dəst üçün 7557 avro tələb edirlər. Bundan başqa, 4390 avro qarşılığında 295/30 R22 təkərləri ilə təchiz edilmiş eksklyuziv 22-düymlük təkər diskləri də sifariş etmək mümkündür.

Atelye mühəndisləri avtomobilin 3,0-litrlik turbodizel aqreqatı üçün bir sıra yenilənmələr nəzərdə tutmuşdurlar ki, onların tətbiqi nəticəsində 272 at qüvəsi və 600 Nm fırlanma anı olan mühərrikin gücü artaraq 326 at qüvvəsi (+54 a.q.) və 685 Nm (+85 Nm) təşkil etmişdir. Bu dəstin qiyməti 1999 avro təşkil edir. Bununla bərabər, JE Design mühərrik, transmissiya və sürətlər qutusuna iki il zəmanət verir.

Yuxarıda qeyd etdiyimiz kimi, JE Design bir müddət bundan əvvəl təqdim edilmiş «qaynar» Audi SQ7 modeli üçün də yenilənmələr dəsti təklif edir. Atelye nümayəndələri 435 at qüvvəsi və 900 Nm fırlanma anı olan 4,0-litrlik V8 dizel mühərrikinin gücünü 522 at qüvvəsinə qədər yüksəltməyə hazır olduqlarını bildirmişlər. Bununla belə, onlar təklif edirlən fırlanma anı barədə heç bir məlumat verməmişdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt