JE Design atelyesi Seat Ateca krossoveri üçün hazırladığı yolsuzluq dəstini təqdim edib. Tüner ispan markasının Lyüksemburqdakı dileri ilə birlikdə All Terrain adlı prototipi də inşa edibdir. Təkmilləşdirmələr dəstinin Almaniyadakı satış qiyməti 13964 avro təşkil edir.
Bu məbləğə JE Design mütəxəssisləri Ateca modelinin enini 35 millimetr artıran və görünən boltları olan təkər tağlarının genişləndiriciləri, ön və arxa müdafiə panelləri, spoyler və damda quraşdırılan işıqdiodlarından işıqlandırma bloku ilə təchiz edir. Bundan başqa, krossoverin klirensi 20 millimetr artırılaraq 208 millimetrə çatdırlır. Krossover yolsuzluq şinləri ilə təchiz edilmiş 16-düymlük təkər disklərinə də sahib olacaqdır.
Əlavə olaraq, Seat Ateca arxa bamperin müdafiə örtüyünə, paslanmayan poladdan olan buraxılış sisteminə, dörd çıxış borularına malik olacaqdır. Avtomobilin kuzovu xaki rəngli tutqun örtüklə üzlənilibdir.