İki il əvvəl Jeep Avenger (“Qisasçı”) brendin nəinki ən yığcam avtomobili, həm də ilk elektrokarı olub. Bununla belə, o indiyə qədər Avenger bütün Jeep avtomobillərinin mütləq atributu olan tam ötürmə sisteminə malik deyildi. Yalnız indi modifikasiya çeşidinə tam ötürməli Jeep Avenger 4xe versiyası əlavə edilib.
İş ondadır ki, Stellantis konserninin CMP (Ümumi Modul Platforma) platforması əvvəlcədən tam ötürmənin quraşdırılması üçün nəzərdə tutulmamışdı. Belə modifikasiyanı məhz Jeep Avenger modeli üçün hazırlanmağa başlayıblar, lakin o həm də qohum Alfa Romeo Milano Junior modelinə də qismət olub.
Tamötürməli avtomobillərdə arxa oxa quraşdırılmış 29 at qüvvəli ayrıca dartma elektrik mühərriki olan hibrid güc qurğusuna malikdirlər. Azaldığı reduktoru (22,7:1) sayəsində təkərlərdəki fırlanma anı 1900 Nm-ə çatır. Üstəlik, 4xe versiyasında tir əvəzinə müstəqil arxa asqı var.
Güc qurğusunun qalan hissəsi artıq ön ötürməli e-hybrid modifikasiyasından tanışdır: 1,2-litrlik turbomühərrik (gücü 100-dən 136 at qüvvəsinə qədər artırııb) və altı pilləli ikimuftalı “robota” quraşdırılmış başqa bir elektrik mühərriki (29 at qüvvəsi) ön təkərləri hərəkətə gətirir.
Güc qurğusunun ümumi hasilatı 136 at qüvvəsi və 225 Nm təşkil edir. Belə hasilat 100 km/saata 9,5 saniyəyə sürətlənməyə və maksimal 194 km/saatı yığmağa imkan verir. Dartma batareyasını məişət şəbəkəsindən doldurmaq mümkün deyil.
Bundan əlavə, Jeep Avenger 4xe nəhayət amerikan brendinə xas olan ənənəvi ofroud potensialını əldə edib. Klirens 10 millimetr (210 millimetr) artırılıb, çay keçidinin dərinliyi 400 millimetrə çatır.
Hətta çınqıl kimi mürəkkəb səthlərdə belə qət edilən yamacın meylliyi 40% ola bilər, lakin ön təkərlər səhtlə ilişmə qabiliyyətini itirirsə, icazə verilən meyllik 20% -ə endirilir. Yaxınlaşma bucağı 22 dərəcə, çıxış bucağı isə, 35 dərəcədir.
Tamötürməli benzin-elektrik transmissiyası üç iş rejiminə malikdir: 30 km/saata qədər sürətlərdə dartma qüvvəsi oxlar arasında 50:50 nisbətində paylanır, 30-dan 90 km/saata qədər isə, arxa elektrik mühərriki tələb olunduqda aktivləşdirilir, lakin həmişə oxa bağlı qalır və 90 km/saatdan yuxarı sürətlərdə yanacağa qənaət etmək üçün mexaniki olaraq söndürülür.
İdarəetmə elektronikası dörd rejimə malikdir: Automatic, Snow, Sand & Mud və Sport.
Zahiri cəhətdən Avenger 4xe ön ötürməli həmkarlarından ofroud anturajları ilə fərqlənir: yeni duman işıqları bir qədər yuxarı qaldırılıb, baqaj reylinqləri və arxa yedək gözü artıq standart avadanlıqdır. Ön və arxa bamperlər əsasən boyanmış plastikdən hazırlanıb. Əlavə effekti kapota vurulan opsional tutqun stiker təmin edir. Oturacaqların üzlüyü aşınmaya davamlı xüsusi materialdan hazırlanır.
Stellantis konserni yığcam Jeep krossoverinin satışından məmnundur: Avropada artıq onu 90 min alıcı seçib, onların demək olar ki, 30 faizi elektromobilə üstünlük verib. Jeep Avenger 4xe modifikasiyası modelin uğurunu möhkəmləndirmək üçün nəzərdə tutulub.
O, Polşanın Tıxı şəhərində, ön ötürməli versiyaların yığıldığı eyni zavodda istehsal olunacaq, satışların başlanması isə, bu ilin dördüncü rübünə planlaşdırılıb. Qiymətlər hələlik açıqlanmayıb. Almaniyada ön ötürməli Avenger e-hybrid baza krossoverinin qiyməti 27 300 avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.