Jeep şirkəti Compass krossoverlərinin Avropada istehsalına başlandığını elan edib. Kroosoverlərin istehsalı İtaliyanın Melfi şəhərindəki zavodda təşkil olunacaqdır. İstehsal məkanının dəyişdirilməsi krossoverin mühərrik və transmissiya çeşidinin dəyişdirilməsi ilə nəticələnib: qoşulan 4xe hibridləri istisna olmaqla, bütün Compass modelləri ön ötürməyə və 1,3-litrlik mühərrikə keçiblər.
İtalyan istehsalı olan Jeep Compass krossoverləri versiyasından asılı olaraq 130 və ya 150 at qüvvəsi hasil edən 1,3-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdirlər. Turbomühərrik 6-pilləli mexanika ötürmələr qutusu və ya iki quru muftası olan 7-diapazonlu "robot" ilə tandemdə çalışacaqdır.
Artıq, arxa oxda muftası olan ənənəvi tam ötürmə sistemi təklif edilməyəcəkdir. Tamötürməli krossover almaq arzusunda olan şəxslər 1,3-litrlik turbomühərriki və arxa oxda elektromotoru olan Compass 4xe qoşulan hibridini sifariş etmək məcburiyyətindədirlər. Eyni zamanda, Jeep Compass modeli 120 at qüvvəli 1,6-litrli turbodizeli ilə də təchiz ediləcəkdir, lakin belə modifikasiya yalnız ön ötürmə və mexaniki transmissiya ilə təklif olunacaqdır.
İyun ayına qədər Jeep şirkəti Avropaya Meksikadakı Fiat-Chrysler zavodunda istehsal edilən Compass krossoverlərini göndərməyə davam edəcəkdir. Belə krossoverlər 140 və ya 170 at qüvvəsi hasil edən 1,4-liltrlik Multiair turbomühərriki, 6-pilləli mexaniki qutu və ya 9-diapazonlu "avtomat" ilə təklif edilirlər. Ötürmə - ön oxa və ya tam ola bilər. Bundan əlavə, 140 və ya 170 at qüvvəsi hasil edən 2,0-litrlik turbodizel ilə təchiz edilmiş tamötürməli Compass krossoverini də sifariş etmək olar.
"İtaliyalı" Jeep Compass modeli "meksikalı" qardaşından Iconnect xidmətləri olan modernləşdirilmiş multimedia sistemi ilə fərqlənir. Xidmətlərin tərkibinə yollarda yardım, naviqasiya və Wi-Fi giriş nöqtəsi daxildir. Digər yeniliklər arasında yenidən tənizmlənmiş sükan idarəetməsi və kuzovun yana əyilmələrinin qarşısını alan FSD amortizatorları vardır.
Jeep şirkətinin hesablamalarına görə, Avropada satılan krossoverilərin üçdə birini ön ötürməli versiyalar təşkil edir. Avropalıların Jeep Compass 4xe qoşulan hibridini necə qarşılayacaqları hələlik məlum deyil.
Jeep Compass modelinin Azərbaycandakı satışlarına yay aylarında başlanmalıdır. Çox güman ki, bizim bazarda Meksika istehsalı olan krossoverlər təklif ediləcəkdirlər. Italyan istehsalı olan krossoverlərin də bizim bazarda satılacağı da istisna olunmur.