Konseptual Jeep ofrouderlərinin tizer kampaniyası sona çatıb - amerikan markası illik “Pasxa safarisi” üçün hazırladığı yeniliklərin son iki illüstrasiyasını yayıb. Təsvirlərdən göründüyü kimi, Jeep markası sırf elektrik ötürməsi ilə hərəkətə gələn Wrangler ofrouderini və Gladiator pikapının ekstremal variantını nümayiş etdirəcəkdir. Bütün yeniliklər ənənəvi 9 - 17 aprel arasında Yuta ştatında keçiriləcək Easter Jeep Safari tədbiri çərçivəsində debüt edəcəklər.

“Milyonlarla insanın gözlədiyi qayıdışa hazırlaşarkən, nəyi seçəsəksiniz - tapdalanmış yolla getməyi və ilk tam elektrik Jeep modelinin bütün heyrətamiz xüsusiyyətlərini üzə çıxarmağı yoxsa pərəstiş obyektinə çevrilmiş ofrouderin əfsanəvi imkanlarının sərhədlərini daha çox genişləndirməyi?”, - şirkət konsepti təsvir edir.

Növbəti tizerdə kapotunda Magneto yazısı və 20 rəqəmi olan Wrangler ofrouderi təsvir edilir. Böyük ehtimalla, rəqəmli indeks ilk dəfə 2002-ci ildə debüt edən Rubicon versiyasının 20-illik yubilyinə, yeniliyin adı isə tamamilə elektrik güc qurğusuna işarədir.

Daha bir yenilik, şəkildən göründüyü kimi, ikiyerli kabinı, ofroud aksessuarlarını bərkidilməsi üçün kuzovun güc karkası olan Gladiator pikapının yeni variantıdır. Pikapın hibrid güc qurğusu ilə təchiz ediləcəyi bildirilib.

“Açıq səma altında azadlıq konsepsiyasını tətbiq edən Jeep, bu gün Jeep Performance Parts və Mopar tərəfindən təklif olunan ən yaxşı innovativ fərdiləşdirmə həllərini bir araya gətirir. Yeni konsept avtomobili dünyanın ən çətin yollarından birində əfsanəvi ofroud qabiliyyətini və öz sinfində analoqu olmayan tam ötürməli 4xe qoşulan hibrid güc aqreqatını işini nümayiş etdirməyə hazırdır.”, - konseptin anonsunda qeyd edilir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.