Jeep şirkəti Gladiator pikapının iki xüsusi versiyasını buraxmaq niyyətindədir. Birincisi, İkinci Dünya müharibəsinin ən kütləvi yolsuzluq avtomobili olan Willys modelinin şərəfinə Gladiator Willys, ikincisi isə Jeep markasının qurulmasının 80-illiyi şərəfinə Gladiator 80th Anniversary Edition adlandırılacaqd;r. Hər iki modifikasiya ABŞ-da 2021-ci model ilin avtomobilləri üçün əlçatan olacaqdır. Xüsusi seriyadan olan pikapların satışına payız aylarında baçlanmalıdır.
Xüsusi seriyadan olan Gladiator pikaplarının hazırlanacağı barədə profil forumunun istifadəçilərindən biri xəbər verib. Həmin şəxs Jeep markasının broşurandan skan edilmiş şəkili forumda yerləşdirib. Amerikan markasının dilerlərinə "xüsusi" Gladiator pikaplarının ilkin qiymətləri və xüsusi versiyaların fərqli cəhətləri göndərilib. Ciddi dəyişikliklər gözlənilmir: fərqlər dekorasiyadan və qeyri-standart baza təchizatından ibarət olacaqdır.
Jeep Gladiator Willys modeli eyni adlı Wrangler Willys ofrouderi kimi qanadlardakı xarakterik stikerlər, antrasit rəngli radiator barmaqlığı və Mud-Terrain yolsuzluq şinləri olan 17-düymlük yüngül lehimli təkər diskləri ilə təchiz ediləcəkdir. Ayrıca, Willys seriyasından olan pikapları Rubicon versiyasından alınmış ayaqaltlıqlar və kilidlənən arxa diferensial ilə təchiz olunacaqdır. Xüsusi versiyada gücləndirilmiş əyləc və amortizatorların tətbiq ediləcəyi da istisna olunmur.
Jeep Gladiator 80th Anniversary Edition modifikasiyası daha zəngin avadanlıq siyahısı ilə fərqlənəcəkdir. Fərqlər - All-Terrain şinləri olan 18-düymlük xüsusi təkər disklərindən, kuzov rənginə boyanmış radiator barmaqlığından, 8,4-düymlük sensorlu ekranı olan multimedia sistemindən və açarsız giriş sistemindən ibarət olacaqdır. Pikapın eksteryer və interyerində boz rəngli 80th Anniversary Edition emblemləri peyda olacaqdır.
Hər iki xüsusi versiya 289 at qüvvəsi və 353 Nm fırlanma anına malik olan 3,6-litrlik V6 benzin mühərriki və 264 at qüvvəsi və 599 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 turbodizli təklif olunacağı gözlənilir.
İlkin qiymətlər məlumdur: Jeep Gladiator Willys - 35.245 dollardan, Gladiator 80th Anniversary Edition yubiley nəşri isə 41.740 dollardan başlayan qiymətlərlə satılacaqdır. Müqayisə üçün, ABŞ-da adi Gladiator pikaplarının qiyməti 33.5 ilə 45.9 min dollar arasında dəyişir.