Jeep şirkəti 2022-ci modeli ilinin Wrangler və Galdiator modellərinin rəng palitrasına yeni çalar əlavə edib. Bu çalar Gobi adlanır və parlaq boz rəngin variantlarından biridir. İstehsalçısının bildirdiyinə görə, bu rəng brendin ofroud estetikasına uyğun gəlir.
Bununla belə, Gobi amerikan markası üçün yeni rəng deyil – Jeep bu rəngi (bir il ərzində) pikapın ilk nəsli üçün təklif edirdi və indi Gobi rəngi geri qayıdır. Hər iki avtomobil üçün təklif edilən eksklüziv rənglər arasında çəhrayı Tuscadero, yaşıl Grecko, narıncı Nacho və göy Chief çalarları da var.
Yeni tərtibatı ofrouderlər üçün 2022-ci ilin iyun ayından başlayaraq sifariş etmək olar. Gobi rəngi 4xe hibridi və ekstremal Wrangler 392 modeli də daxil olmaqla bütün modifikasiyalar üçün əlçatandır. Opsiyanın qiyməti 495 dollardır və bu çəhrayı Tuscadero rəngi üçün istəniləndən 100 dollar çoxdur.
Yeni rəngi amerikan markasının Wrangler və Gladiator üçün hazırladığı yeniliklərlə tamamlayacaqlar. Hər iki model standart olaraq multimedia sisteminin 7-düymlük ekranı, yaxşılaşdırılmış salon filtrini və digər yenilikləri alacaqlar. Güc aqreqatları və təchizat səviyyələrində dəyişiklik yoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.