Jeep şirkəti Grand Cherokee modelinin xüsusi modifikasiyasını təqdim edib. Avropa bazarı üçü nəzərdə tutulan modifikasiya “S” indeksinə sahib olub. Grand Cherokee S modeli idman asqısını və eksteryerin qara rənglə tərtibatını əldə edib.
Jeep Grand Cherokee S ofroderi yalnız qara rəngə boyanacaqdır. Xüsusi modifikasiyadan olan ofroderləri 20-düymlük təkər disklərinə, ön bamperdəki qara rəngli hava girişlərinə, “qara xromdan” haşiyəsi olan tündləşdirilmiş şüşələrinə və səsboğucu sistemin qara rəngli ikili borularına görə seçmək mümkündür.
Xüsusi seriyadan olan ofroderlərin təchizatına Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən və 8,4-düymlük sensorlu displeyə malik olan multimedia sistemi, səs-küyü boğmaq funksiyası olan 506-vattlıq Apline səs sistemi, panoram tavan, qızdırılan havalandırmalı oturacaqlar daxildir. İnteryerin tərtibatında qara ağac, metal və nappa dərisindən istifadə edilir.
Bundan başqa, Jeep Grand Cherokee S özüqapanan differensialı olan Quadra-Drive II tam şəkiş sistemi, aşağı pillələr cərgəsi və beş rejimi olan dartma gücünü tənzimləyən Select-Terrain sistemi ilə təchiz edilir. Ofroder 3,0-litrlik altı silindrli dizel mühərriki, 3,6-litrlik altı silindrli benzin mühərriki və 5,7-litrlik səkkiz silindrli HEMI mühərriki daxildir. Sonuncu aqreqat 356 at qüvvəsi hasil edir. Bütün mühərriklər səkkiz pilləli avtomatik transmissiya ilə təchiz edilir.