Bu günlərdə avtomobil cəsuslarının fotokameralarının obyektivinə maraqlı Jeep Grand Cherokee ofroderi rast gəlmişdir. Çox güman ki, bu Jeep Grand Cherokee modelinin ən "bərkgedən" modifikasiyası olan Trackhawk variantının prototipidir. Söylənənlərə görə, ofroder 700 at qüvvəsi gücü olan 6,2-litrlik səkkiz silindirli Hellcat mühərriki ilə təchiz ediləcəkdir.Təsvirlərdən də göründüyü kimi, avtomobilin radiator barmaqlığının ölçüləri bir qədər kiçildilmişdir. Bununla yanaşı, yeni radiator barmaqlığının altında üç hava girişi yerləşdirilmişdir.

Bundan başqa, "bəkkgedən hindu" daha geniş formalı ön bamperə, işıqdiodlarından olan duman əleyhinə fənərlərl blokunu və arxa qapının üzərindəki spoyleri əldə etmişdir. Jeep Grand Cherokee Trackhawk modelinin mühərrikinin xarakteristikaları açıqlanmasa da, Dodge Charger sedanının və Challenger kupesinin "bərkgedən" variantlarına quraşdırılan Hellcat mühərriki 717 at qüvvəsi və 881 Nm fırlanma anı təklif edir. "Bərkgedən" ofroderin 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəyi və 320 km/saat maksimal sürətə malik olacağı ehtimal edilir. Jeep Grand Cherokee Trackhawk modelinin 2017-ci ilin iyul ayında debüt edəcəyi gözlənilir.

Grand Cherokee modelindən sonra Hellcat mühərrikini kapotunun altında görmək şərəfi, onun əkiz qardaşı sayılan Dodge Durango modelinə qismət olacaqdır.

Image alt Image alt Image alt Image alt