Bir müddət bundan öncə Jeep şirkətinin Çin bazarında satılması üçün nəzərdə tutduğu Grand Commender krossoverinin adını rəsmi qeydiyyatdan keçirdiyi barədə məlumat vermişdirk. Bu gün CarNewsChina nəşri yeni ofroderin cəsuslar tərəfindən çəkilmiş təsvirlərini dərc edib.
Aprel ayında Pekində keçiriləcək avtosalonda geniş kütlə qarşısına çıxacaq krossover yeddi sərnişin üçün nəzərdə tutulan salona malikdir. Volkswagen Teramont və Toyota Highlander modelləri ilə rəqabət aparacaq avtomobilin dizaynı, keçən il Şanxay avtosalonunda nümayiş etdirilmiş Yuntu konseptinin dizayn üslubunda hazırlanıbdır.
Konsept hibrid güc qurğusu, taybatay açılan qapılara və panoram tavana malik idi. Konseptin interyerində “uçan” mərkəzi tonnel, cihazlar panelinin üç ekranı, həmçinin ikinci və üçüncü cərgənin sərnişinləri üçün nəzərdə tutulan səkkiz displey quraşdırılmışdır. Bununla belə, istehsalçı prototipin hibrid güc qurğusu barədə məlumat verməmişdir.
Jeep Grand Commander modelinin qabarit uzunluğu 4873 millimetr, eni – 1892 millimetr, hündürlüyü isə 1738 millimetrdir. Onun təkər bazasının uzunluğu 2800 millimetr olacaqdır. Yeni avtomobil, Jeep Wrangler modelində debüt edən 2,0-litrlik dörd silindrli turbomühərrik ilə təchiz ediləcəkdir.
Grand Commander üçün bu mühərrikin gücünü 234 və 265 at qüvvəsinə qədər artıracaqdırlar. Yeno ofroder Guangzhou-Fiat birgə müəssisiəsində istehsal ediləcəkdir. Grand Commander Çində 250 min yuandan (66300 manat) başlayan qiymətlərlə satılacaqdır.