Artıq bu gecə, Ford şirkəti Jeep Wrangler ofrouderinin əsas rəqibi olacaq yenidən canlandırılmış Bronco modelini təqdim edəcəkdir. Bu hal, FCA konsernini cavab tədbiri hazırlmağa məcbur edib. Bu gün Jeep şirkəti Wrangler Rubicon 392 Concept prototipini təqdim edib.
Model adındakı üç rəqəmli indeksin arxasında onun təchiz edildiyi mühərrikin kub düymlük iş həcmi durur. 329 kub düymükonvertasiya etsək 6,4 litr alınacaqdır. Hazırda Jeep Wrangler modelinin mühərrik çeşidində dördsilindrli turbomühərrik və V6 mühərrikləri təmsil olunurlar. Nəhayət, klassik Wrangler modelinin mühərrik çeşidində səkkizsilindrli aqreqat peyda olacaqdır. Yetmişinci və səksəninci illərdə V8 mühərrikini Jeep CJ-5, CJ-6 və CJ-7 ofrouderlərində quraşdırırdılar, lakin Wrangler modeli heç zaman V8 mühərrikinə malik olmayıb.
Yeni Jeep Wrangler Rubicon 392 Concept prototipinin kapotunun altında 456 at qüvvəsi və 610 Nm fırlanma anı hasil edən 6,4-litrlik Hemi V8 mühərriki yerləşir. Güc aqreqatı 8-pilləli "avtomat" ilə tandemdə çalışır. Ofrouder 60 mil/saat (97 km/saat) həddinə beş saniyədən az müddətə sürətlənir. Jeep Wrangler Rubicon 329 Concept modeli ramaya, iki pilləli paylaşdırıcı qutuya, qoşulan tam ötürmə sisteminə, Dana 44 körpülərinə, kilidlənən differensiallara, həmçinin xarici diametri 37 düym olan palçıq şinlərinə, 50 millimetr artırılmış klirensə malikdir.
Bununla birlikdə, iri səkkizsilindrli aqreqatı mühərrik bölməsində yerləşdirmək üçün mühəndislər asqı elementlərini, mühərrik dayaqlarını və hətta ramanı modifikasiya etməli olublar. Prototipin yaradıcılarının qürur mənbəyinə çevrilmiş daha bir yenilik, səsboğucu sistemin səsini tənzimləməyə imkan verən idarəetmə pultudur. Bu pult vasitəsi ilə buraxılış sisteminin iki rejimindən birini seçmək olar.
Hemi V8 mühərriki olan Jeep Wrangler ofrouderinin seriya variantının rəsmi təqdimat tarixi FCA tərəfindən gizli saxlanılır. Şirkətdən verilən rəsmi açıqlamada, əvvəlcə potensial alıcıların yeni konseptə olan reaksiyalarının öyrəniləcəyi bildirilib. Brendin çoxsaylı pərəstişkarı bu modeli diqqətdən kənar qoymayacaqlarını nəzərə alsaq, Wrangler Rubicon 329 modelini yaxın bir neçə il ərzində istehsala gedəcəyini güman etmək olar.