Stellantis konserninin keçirdiyi son təqdimatda Jeep markasının yığcam elektrik krossoverini hazırladığı məlum olub. Elektrik krossoveri Jeep markasının model xəttində cari Renegade modelindən bir pillə aşağıda yerləşəcəkdir.

İndi isə, casuslar sayəsində yeni elektrik krossoverinin bütün detallarına baxmaq mümkündür, çünki onun üzərində demək olar ki, kamuflyaj örtüyü yoxdur. Elektrik krossoveri Jeep markasına xas olan eksteryer dizaynına malikdir. Onun elektrik ötürməsi ilə hərəkətə gəldiyinə isə, bağlı “radiator barmaqlığı” işarə edir.

Yeri gəlmişkən, yeni elektrik krossoveri Fiat və Alfa Romeo markalarının elektrik krossoverlərinin də əsasını təşkil edəcək e-CMP arxitekturasında inşa edilib. Hər üç markanın elektrik krossoverləri Polşanın Tıxı şəhərindəki zavodda istehsal ediləcəklər.

“Elektrikli Renegade” Jeep markasının model xəttindəki ilk elektromobil olacaqdır. Üstəlik elektrokarın sərfəli qiymətə malik olacağı da gözlənilir Onun güc qurğusu Peugeot 2008, DS 3 Crossback və Opel Mokka modellərindəkinə bənzər olacaqdır. Bu isə, elektrik krossoverinin kapotunun altında 136 at qüvvəli elektrik mühərrikinin duracağından və onun 50 kilovat-saatlıq batareyadan qidalacağından xəbər verir. Belə batareya 300 kilometrə qədər məsafə qət etməyə imkan verir. Təəssüflər olsun ki, elektrokar üçün tam ötürmə sistemi nəzərdə tutulmayıb.

Image alt Image alt Image alt Image alt Image alt

Yeni elektrik krossoverinin satış debütü 2023-cü ilin birinci rübündə baş tutmalıdır. Onun təqdimatının isə, cari ilin sonuna qədər keçiriləcəyi gözlənilir. Bu il Jeep şirkəti iki yeni elektrokarı buraxmalıdır ki, onlardan biri də Magneto (batareyalı Jeep Wrangler) konseptinin seriya versiyası olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.