Jeep brendi üçün Meridian adı yenidir, lakin bu ad altında orijinal model deyil, bir qədər dəyişdirilmiş və Hindistan bazarı üçün uyğunlaşdırılmış 4,8 metrlik Jeep Commander krossoveri gizlənir. Ofrouder keçən ilin yayında Braziliyada debüt edib və Compass modelin köndələn mühərrikli uzadılmış platformasında inşa edilib.

Jeep Meridian okeanın o tayındakı Commander modelindən yalnız detalları ilə fərqlənir. Məsələn, onun fənərləri fərqli çərçivəyə, təkər diskləri isə başqa dizayna malikdir. Ön bamperdəki gündüz hərəkət işıqlarının LED zolaqları yoxa çıxıb. Bundan əlavə, asqının tənzimləmələri dəyişdirilib: yalnız passiv amortizatorları olan yaylı asqı ilə təklif edilir.

Krossoverin sadə təchizat səviyyələri olmayacaq. Jeep Meridian standart olaraq yeddi yerlik salona malik olacaq, 10,25-düymlük virtual cihazlar paneli, media sistemin 10,1-düymlük planşeti və altı təhlükəsizlik yastığı ilə təchiz ediləcəkdir.

Daha sonra ikinci cərgədə fərdi kresloları olan altı nəfərlik versiya işıq üzü görməlidir: xatırladaq ki, belə opsiya heç Braziliyada da mövcud deyil.

Commander üçün iki mühərrik (benzin və dizel) seçimi varsa da, Hindistanda satılan Meridian yalnız 170 at qüvvəli 2,0-litrlik turbodizel ilə təklif olunur. Daha güclü versiya barədə dolaşan şayiələr təsdiqini tapmayıb.

Lakin Jeep şirkəti krossover üçün iki transmissiya təklif edir - altı pilləli mexaniki ötürmələr qutusu və doqquz pilləli “avtomat”. Adi halda Jeep Meridian ön ötürməlidir, arxa oxda muftası olan tam ötürmə sistemini yalnız “avtomat” ilə təchiz olunmuş krossover üçün sifariş etmək mümkündür.

Image alt Image alt Image alt Image alt

Meridian krossoverini artıq Jeep Compass və Wrangler modellərinin buraxıldığı Pun şəhərindəki FCA India zavodunda istehsal ediləcəklər. Üstəlik, elan edilmiş lokalizasiya dərəcəsi 82 faizdir! Krossoverlər iyun ayında Hindistan bazarında satışa çıxarılacaqdır. Onun Avstraliya, Cənubi Koreya və Yaponiyaya da ixracı planlaşdırılır, lakin bu bazarlarda Merridian artıq “beynəlxalq” Jeep Commander adı altında satılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.