Keçən il pandemiya bir çox avtomobil tədbirlərinin təxirə salınmasına səbəb oldu. Bunların arasında müntəzəm olaraq keçirilən Easter Jeep Safari tədbiri də var idi. Ancaq Jeep şirkəti Pasxa rallisini yenidən keçirmək niyyətindədir. Yuta ştatının Moab qəsəbəsi yaxınlığında keçiriləcək tədbir 27 martda başlayacaq və 4 aprelə qədər davam edəcəkdir. Bu isə, Jeep şirkətinin qeyri-adi şou avtomobillərini hazırladığından xəbər verir. Bu dəfə də, amerikan istehsalçısı ənənəyə uyğun olaraq altı konsept avtomobilini hazırlayıb.
Proqramın ulduzu Jeep Magneto ofrouderi, yəni qısa təkər bazası olan Wrangler modelinin elektrik versiyasıdır. Daxili yanma mühərriki yerinə 290 at qüvvəsi və 370 Nm fırlanma anı hasil edən elektrik mühərriki quraşdırılıb. Üstəlik, bu aqreqat benzin mühərrikinin dartma xüsusiyyətinə malikdir və yalnız 6000 dövr/dəqiqəyə qədər fırlanır. Buna görə də təkcə tam ötürmə sistemi deyil, həm də standart mexaniki ötürmələr qutusu da qorunub saxlanılıbdır! Elektrik ofrouder 60 mil/saat (97 km/saat) həddini 6,8 saniyəyə toplayır.
Jeep Magneto dörd dartma akkumulyator blokuna malikdir: onlardan biri kapotun altında, ikisi yanacaq çəninin yerində, digəri isə kuzovun arxa hissəsində yerləşdirilib. Batareyaların ümumi tutumu 70 kilovat-saatdır. Ofrouderin qət etdiyi çay keçidinin dərinliyi adi Wrangler ilə eynidir - 760 millimetr.
Magneto modelinin digər diqqətəlayiq məqamları arasında 50 millimetr artırılmış klirensi, 35 düymlük xarici diametri olan yolsuzluq təkərləri və bol mavi dekor yer alır. Magneto modelini seriya elektrik ofrouderinin carçısı kimi qəbul etmək gərək deyil: şübhəsiz ki, seriya modeli fərqli elektrik texnikasına sahib olacaqdır.
İkinci Pasxa avtomobili Jeep Jeepster Beach modelidir. Bu, altmışıncı illərin Jeepster Commando modelinə əsaslanan, lakin müasir Jeep Wrangler ofrouderinin texniki hissəsinə malik olan bir restomoddur.
Açıq yolsuzluq avtomobili orijinal kuzovunu və dekorunu qoruyub saxlayıb, lakin salonu yenidir və kapotun altında gücləndirilmiş 2,0-litrlik turbomühərrik (345 at qüvvəsi) və səkkiz pilləli "avtomat" yerləşir. Jeepster Beach 50 millimetr atrılımış klirensə və 35-düymlük təkərlərə malikdir.
Qalan şou avtomobilləri o qədər də maraqlı deyillər. Məsələn, Jeep Wrangler Orange Peelz ("portağal qabığı") yalnız dəyişdirilmiş asqı (50 millimetrlik liftinq, Fox amortizatorları), 37-düymlük təkərləri, kəsilmiş qanadları və firma aksesuarları dəsti ilə seçilir.
Şüşəsiz "yarımqapılar" bu yaxınlarda Wrangler modelinin opsiyalar siyahısında yer alıb. 269 qüvvəli 3,6-litrlik V6 mühərriki dəyişilməz qalıb.
Jeep Gladiator Red Bare (“çılpaq qırmızı”) modeli aksesuarlarla bolluca təchiz edilmiş 264 at qüvvəli 3,0-litrlik V6 turbodizeli olan seriya Gladiator pikapıdır. Pikap, nisbəti artırılmış ötürmə əmsalı olan Dana 44 oxlarına (Rubicon seriya versiyasında olan 4.1: 1 nisbətinə qarşı 4.88: 1), 50 millimetr qaldırılmış kuzova, xarici diametri 37 düym olan təkərlərə malikdir. Pikapın digər xüsusiyyətlər arasında "yarımqapılar" və kuzovdakı çoxsaylı yapışqanlıqlar var.
Mwasir Jeep Wrangler ofrouderlərinin əsasında yaradılan qalan iki konsept isə daha çox aktiv istirahəti sevən şəxslərə yönəldilib.