Ənənəvi illik Jeep Easter Safari pasxa rallisi öncəsi, Jeep şirkəti bu tədbir üçün hazırladığı altı konseptual ofrouderi təqdim edib. Bütün avtomobillər yeni Jeep Gladiator pikapının əsasında yardılıblar.
Təəssüflər olsun ki, əvvəlki konseptlər kimi, yeni prototiplər də seriyaya getməyəcəkdirlər. Lakin, bu layihələrdə istifadə edilmiş Mopar aksessuarlarını əldə etmək şansı Gladiator sahiblərinə qismət olacaqdır.
Jeep Gladiator Wayout adından göründüyü kimi, rahat şəkildə təbiətin qoynuna səfər etmək və hətta, orada gecələmək istəyənlərə ünvanlanıb. Pikapın təchizatına damda quraşdırılmış ikiyerli çadır, talvar və avtomobilin işıqdiodlarında ətraf işıqlandırması daxildir. Bundan başqa, pikap iki əlavə yanacaq çəninə, hündürlüyü 2 düym artırılmış asqıya, şnorkelə, 37-düymlük yolsuzluq şinləri ilə təchiz edilmiş 17-düymnlük təkər disklərinə və ARB kompressoru olan təkərdoldurma sisteminə sahib olub.
Jeep Gladiator Flatbill modeli də yolsuzluq üçün yaxşı hazırlanıb. Avtomobil yeni bamperlərə, təkər tağlarının genişləndiricilərinə əlavə hava girişi olan karbon kapota sahibdir. Bundan başqa, pikap Dynatrac Pro-Rock 60 körpüləri və yeni amortizatorları olan 4-düymlük lift edilmiş asqı,40-düymlük şinləri olan 20-düymlük təkər diskləri ilə təchiz edilib.
Gladiator Flatbill modelinin yük bölümündə qatlanan traplar və iki kross motosiklini daşımaq üçün bərkitmə sistemi yerləşdirilib.
Jeep Gladiator M-715 Five-Quarter 1960-cı illərin hərbi yük avtomobilini xatırlatmalıdır. Yük avtomobilinin mçüasir variantı karbonplastikdən hazırlanmış ön kuzov dəstinə və arxada quraşdırılan alüminiumdan hazırlanmış yük bölümünə malikdir. Orijinal M-715 modelində alınmış fənərlər diodlarla təchiz edilib.
Pikap öndə Dynatrac Pro-Rock 60, arxada isə, Dynatrac Pro-Rock 80 körpülərinə sahib olub. Bundan başqa, pikap ressorlu asqılar, 40-düymlük şinləri olan 20-düymlük təkər diskləri ilə təchiz edilib. Pikapın kapotunun altında 700 at qüvvəsi hasil edən 6,2-litrlik V8 Hellcat mühərriki yerləşir.
Jeep J6 Concept konseptual avtomobili 1978-ci ilin Jeep Honcho modelinin üslubunda hazırlanıb və ikinci dünya müharibəsindən sonra, müasir prototiplər xəttində ikiqapılı kabinaya malik olan yeganə pikapdır. Qısaldılmış sərnişin bölümü yük platformasını genişləndiorməyə imkan verib. Yük bölümü isə, xüsusi dizayner tərtibatına və əlavə işıqlandırma olan təhlükəsizlik qövslərinə malikdir. J6 Concept hündürlüyü 2 düym artırılmış asqı, 37-düymlük yolsuzluq şinləri ilə təchiz edilmiş 17-düymnlük təkər diskləri ilə təchiz edilib.
Məlumdur ki, Jeep şirkətinin yeni pikapı Scrambler adlandırılacağı gözlənilirdi, çünki, keçən əsrin 80-ci illərində CJ-7 modelinin bazasında hazırlanmış seriya pikapı belə adlanırdı. Lakin, bu gün Jeep Scrambler yeni konsept olaraq qarşımızdadır.
Avtomobilin ağ rəngli kuzovunu Punk’N Metallic Orange və Nacho rəngli zolaqlarla bəzəyərək, onu əvvəlki Scrambler modelinə bənzətməyə çalışıblar. Pikapı hündürlüyü 2 düym artırılmış asqı, 37-düymlük yolsuzluq şinləri ilə təchiz edilmiş 17-düymnlük təkər diskləri və işıqdiodlarından lampaları olan ağ rəngli təhlükəsizlik qövsləri ilə təchiz ediblər.
Jeep Gladiator Gravity konsepti rok-kroulinqə hazırlanıb. Pikap hündürlüyü 2 düym artırılmış asqı, 35-düymlük yolsuzluq şinləri ilə təchiz edilmiş 17-düymnlük təkər diskləri və kuzovun plastikdən müdafiəsi ilə təchiz edilib. Bundan başqa, əsas fənərlərə yardım edəcək əlavə işıqdiodlarından lampalar da quraşdırılıb.
Adi qapıları borulardan hazırlanmış müdafiə elementləri, sərt damı isə, parça tavan əvəzləyib. Bundan başqa, ağır yolsuzluqda alın şüşəsini mümkün zədələnmələrinin qarşısının alınması məqsədi ilə, onun müdafiəsi gücləndirilib. Eyni zamanda, yük bölümündə əlavə yerlər və bərkitmə sistemləri peyda olubdur. Bu elementlər hərəkət zamanı daşınan aksessuar və ehtiyat hissələrinin yerdəyişməsinin qarşısını alacaqdırlar.