Jeep Renagade yolsuzluq avtomobili «olimpiya standartlarına uyğun hazırlanmış raftinq trassını keçən dünyanın ilk avtomobili» adına sahib olmuşdur. Bu zaman avtomobilin sükanı arxasında britaniyalı snoubord ustası Eymi Fuller olmuşdur. Sınaq yürüşü Uelsdə yerləşən Cardiff İnternational White Water raftinq kompleksində baş tutmuşdur. Renergade modelinin qət etdiyi məsafə, 9,15 metrlik burulğanlı hündürlükləri olan 250 metrə bərabər olmuşdur. Bu zaman su sərfiyyatı bir saniyəyə dörd ton olmuşdur.
«Mən əvvələr buna bənzər bir şey etməmişdim, və ona görə də, suyu görüb onun səsini eşidəndə möhkəm həyəcanlandım. Amma bu həqiqətən çox həyəcanvericidir. Dünyada raftinq trassı ilə avtomobildə getmiş ilk insan olduğunu bilmək qürurverici bir hissdir. Belə hadisələr hər gün baş vermir», - deyən Fuller bu sınaqda iştirakından məmnunluğunu bildirmişdir.
Jeep Renegade avomobili 110 at qüvvəli 1,6-litrlik atmosfer mühərriki, 140 və ya 170 at güvvəli 1,4-litrlik turbomühərriklə təchiz edilir. Avtomobilin top-variantı olan tam çəkişli Trailhawk modifikasiyası 184 at qüvvəli 2,4-litrlik mühərrik, doqquz diapazonlu avtomatik sürətlər qutusu ilə hərəkətə gəlir.
Xatırladaq ki, artıq illərdir bu avtomobilin istehsal edilməsinə baxmayaraq, Jepp Renegade modelinin Azərbaycandakı rəsmi satışlarına hələ də başlanmamışdır.