Jeep şirkəti yenilənmiş Cherokee krossoverinin sınaqlarına start verib. Motor1 saytının əldə etdiyi cəsus təsvirlərində, avtomobilin təqdim edildiyi gündən marka fanatlarının tənqid hədəfinə çevrilən dizayndan yaxa qurtardığı görünür. Kamuflyajda olsa da, restaylinqdən sonra krossoverin yeni ön fənərlərə malik olacağı aydın görünür.
Dərc edilmiş təsvirlərdən də göründüyü kimi, yenilənmiş krossover yeni nəsil Compass modelinin dizayn üslubunda yaradılmış görkəmə sahib olacaqdır. Ön optika ilə birlikdə avtomobilin arxa fənərləri də dəyişikliyə məruz qalacaqdırlar.
Cari Jeep Cherokee modeli 2013-cü ildə debüt edib. Ofroder xarakterini krossoverə dəyişən avtomobil Dodge Dart modelinin platformasında yaradılıbdır. Eyni zamanda, Cherokee üçün bir neçə tam çəkiş sistemi təklif edilir. Krossoverin güclü yolsuzluq üçün nəzərdə tutulan Trailhawk modifikasiyasında muftanın məcburi qapanması, aşağı pilələr sırasıi və arxa differensialın qapanması olan tam ötürmə sistemi quraşdırılır.
Modelin təqdimatından sonra, istehsalçı marka həvəskarlarından tənqidi məktublar almağa başlayıb. Onlardan biri avtomobili 1 aprel zarafatı kimi səciyyələndirib. İstehsalçı isə, modelin dizaynının 2019-cu ili hədəf aldığını bildirib.
Lakin, tənqidlərə davam gətirməyən istehsalçı vaxtından əvvəl qərarını dəyişməyə məcbur olub.