Jeep şirkəti hər il keçirilən “Pasxa safarisi” üçün iki konseptual ofrouderi hazırlayır. Bu avtomobillərin arasında hibrid model və təkmilləşdirilmiş Gladiator pikapı olacaqdır. Hələlik gələcək yeniliklər barədə məlumat verilməyib və yalnız prototiplərin tizerləri dərc edilib. Bütün yeniliklər 9-17 aprel tarixlərində Yuta ştatında keçiriləcək Easter Jeep Safari tədbirində debüt edəcəklər.

Layihələrin təsvirindən göründüyü kimi, marka pərəstişkarlarını “tamötürməli avtomobilləri yeni səviyyəyə qaldıracaq və əfsanəvi Jeep 4x4 modellərindən yaxşısının olmadığını sübut edəcək bir neçə unikal konseptual Jeep avtomobili gözləyir”. Konseptual avtomobillərinin üzərində şirkətin və Jeep Performance Parts (JPP) mütəxəssisləri iştirak ediblər.
İlk konsept 4xe xəttindən olan elektrikləşdirilmiş ofrouder olacaqdır. Tizerlərdən göründüyü qədər bu yeni Grand Cherokee modelidir. İkinci avtomobil isə Gladiator pikapının əsasında yaradılmış pikap olmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.