Brendin Şimali Amerikadakı rəhbəri Bill Peffer 2024-cü model ilindən başlayaraq Gladiator pikapının rəng çeşidində yeni çaların peyda olacağını təsdiqləyib. "Ehtiraslı Jeep pərəstişkarları bu rəngi Gladiator üçün istəyiblər və biz onları eşitdik", - top-menecer bildirib. Söhbət Tuscadero Pink çalarından gedir: faktiki olaraq, bu ilk dəfə Wrangler ofrouderində debüt edən və tez bir zamanda hitə çevrilən parlaq rəngidir. Parlaq rəng üçün əlavə ödəniş 895 dollar təşkil edir.

Tuscadero Pink yalnız seçilmiş təchizat səviyyələri (Sport, Mojave, Rubicon) üçün əlçatan olacaq, baxmayaraq ki,  zamanla çeşid yenidən nəzərdən keçirilə bilər. Jeep rəhbərləri çəhrayı Wrangler modelinə böyük tələbatdan sonra çeşidi genişləndirmək qərarına gəldiklərini vurğulayırlar: 2021-ci ilin ikinci yarısında çəhrayı ofrouder 30 min nüsxədə satılıb!

Xüsusi rənglər Jeep brendinin populyarlaşdırılması planının bir hissəsidir, çünki ABŞ-da satışlar son 5 ildə davamlı şəkildə azalır və brendin yeni rəhbəri artıq bu tendensiyanın qarşısını alacağını vəd edib. Bununla belə, şirkət öz məhsulunun qiymətini aşağı salmağa tələsmir: standart avadanlıq xeyli zənginləşsə də, yenilənmiş Gladiator pikapı təxminən 3000 dollar bahalaşıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.