Jeep şirkəti Hellouin bayramında Sorento modelinin ofroud xüsusiyyətlərini lağa qoyan videoçarx dərc edərək Kia şirkətinə sataşıb. Yanvar ayında koreya istehsalçısı ailə avtomobilinin Moav səhrasının ən ekstremal Hell’s Revenge marşrutunu qət etdiyini nümayiş etdirmişdir. Döğrudur, bunun üçün Sorento modelini bir balaca təkmilləşdirmək gərək olub.
Jeep şirkətində əsas diqqəti orijinal və parodiya çarxında edilən dəyişikliklərə yönəldiblər. Belə ki, Kia avtomobilin standart təkərlərini dəyişmiş, köndələn dayanıqlılıq stabilizatorunu çıxarmış və metal müdafiə örtüklərini quraşdırmışdır.
Çarxın baş qəhrəmanları olan dağsiçanları amerikan ofrouderini seçir, çarx isə “Jeep Grand Cherokee Trailhawk. Təkmilləşdirmələrə ehtiyac yoxdur” sözləri ilə bitir.