Üç il əvvəl Jeep şirkəti üç yeni elektrik modelini buraxacağını elan etmişdi. Bu üç elektrokar amerikan brendinin elektromobillər çeşidini parlaq bir gələcəklə təmin etməli idi. O vaxtdan bəri çox şey dəyişib: elektromobillərin satışları yavaşlayıb, əsas ABŞ bazarında emissiya qaydaları yumşaldılıb və Stellantis rəhbərliyində dəyişikliklər baş verib.

Lakin mövcud elektrik modellərinin istehsalından imtina etmək üçün artıq çox gecdir, ona görə də, Jeep Avenger və Wagoneer S  elektrik krossoverlərinin ardınca Jeep Recon modeli də debüt edib.

Jeep Recon

Oxşar yolsuzluq formatına baxmayaraq, yeni Jeep Recon klassik Wrangler ofrouderini əvəz etməyəcək, əksinə onu tamamlayacaq. Elektrokarın bucaqlı və qısa çıxıntıları olan kuzovu ənənəvi ofrouder proporsiyalarını qoruyub saxlasa da, dizaynerlər hərbi Willys modelinin əfsanəvi imicindən uzaqlaşıblar.

Yeddi seqmentli firma barmaqlığı LED imitasiya ilə əvəz edilib, əsl hava girişi isə, ön bamperə köçürülüb. Wrangler kimi, Recon da tez çıxardılan qapılara və arxa şüşələnməyə malikdir, lakin avtomobili tamamilə “söyundurmaq” mümkün deyil: ön şüşə və dam çərçivəsi birdəfəlik quraşdırılıb. Standart ikiqat lyuk və ya elektrik ötürməli opsional yumşaq dam nəzərdə tutulub.

Jeep Recon

Təqdim edilən ilk model bütün yollar üçün nəzərdə tutulmuş Jeep Recon Moab versiyasıdır. Onun xarici görünüşü qara dekor, dartma gözlükləri, gücləndirilmiş kandarlar və kuzovdakı müvafiq nişanlar və qrafika ilə fərqlənir.

Ən vacibi isə, belə ofrouderlər 33 düymlük disklər, dolğun şinlər və 239 millimetrlik klirensə malikdirlər. Bunun sayəsində uzun təkər bazası (2870 millimetr) olan elektrik krossoveri əla yolsuzluq qabiliyyəti ilə seçilir: 34 dərəcəlik yaxınlaşma bucağı, 23,5 dərəcəlik aşma bucağı və 34,5 dərəcəlik çıxış  bucağı.

Jeep Recon Moab

Lakin, 282 millimetrlik klirensi olan klassik Jeep Wrangler Moab 392 ofrouderinin müvafiq göstəriciləri daha təsiredicidir: yaxınlaşma bucağı 46,7 dərəcə, aşma bucağı - 24,5 dərəcə, çıxış  bucağı isə, 39,8 dərəcədir. Jeep Recon modelinin uzunluğu 4911 millimetrdir, lakin digər ölçülər hələlik açıqlanmayıb.

Recon modelinin interyerində günəşliyin altında 12,3 düymlük ekran olan ön panel var. Uconnect 5 media sisteminin 14,5 düymlük planşeti isə, Jeep brendinin tarixindəki ən böyük tək ekrandır. 

Jeep Recon Moab

Premium Alpine audio sistemi standart avadanlıqdır, onun dinamikləri isə, çıxarıla bilən qapı panellərində deyil, oturacaqların altında yerləşir. İki mərtəbəli mərkəzi konsolda simsiz şarj paneli, stəkan tutacaqları və transmissiyanın selektoru var.

Ofroud əhval-ruhiyyəsinin yaradılmasına interyerin və sükanın bucaqlı formaları, ön sərnişin üçün nəzərdə tutulmuş iri dəstək və təkrar emal edilmiş xammaldan hazırlanmış davamlı tərtibat materialları cavabdehdir. Arxa oturacaqlar qatlanması halında əsas baqajın həcmi 1866 litrə qədər artır, ön bölmə isə, əlavə 85 litrlik məkanı təmin edir.

Jeep Recon Moab

Jeep Wagoneer S kimi, Recon elektromobili də müstəqil asqılı STLA Large modul platformasına əsaslanır və standart ikimühərrikli tam ötürmə sistemə malikdir. Ön və arxa tərəfdə EDM modulları (elektrik mühərriki, reduktor və invertor) quraşdırılıb, ön mühərrik isə, enerjiyə qənaət etmək üçün mexaniki şəkildə təkərlərdən ayrıla bilər.

Hər modul 340 at qüvvəsi hasil edir, ümumi hasilat isə, 659 at qüvvəsi və 841 Nm-dir. 0-dan 60 mil/saat (97 km/saat) həddinə sürətlənmə 3,6 saniyə çəkir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

400 voltluq 100 kilovat/saatlıq batareya sayəsində ciddi EPA dövrünə əsasən pasport üzrə gediş məsafəsi 402 kilometrə çatır. Xüsusi hərəkət rejimləri (Auto, Sport, Snow, Sand və Rock) mövcuddur və yolsuzluq şəraitində hərəkət üçün pedalın yüksək dəqiqliklə tənzimlənməsi aparılıb.

Jeep Recon elektrokrossoverinin istehsalına 2026-cı ilin əvvəllərində Meksikanın Toluka şəhərindəki zavodda başlanacaq. Avtomobil həmin vaxt ABŞ və Kanadada satışa çıxarılacaq, onun qiyməti 65.000 dollardan başlayacaq. Daha sonra krossover digər ölkələrə də ixrac ediləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.