Jeep şirkəti Wagoneer və Grand Wagoneer adlarndanı yenilənmiş Gran Cherokee ofroderinin dəbdəbəli variantıları üçün istifadə etməyi nəzərdə tutur. Bu barədə xəbəri, amerikan markasının rəhbəri Mayk Menliyə istinadən Automotive News agentliyi yaymışdır. Əvvəllər bu adların yeni modellər üçün istifadə ediləcəyi ehtimal edilirdi.

"Tarixi olaraq, Wagoneer adı Jeep markasının premuim xəttinin zirvəsi olmuşdur. Lakin, hazırda Overland və Summit modifikasiyaları möcvuddur və digər variantlar da yarana bilər. Beləliklə, təsəvvür edin ki, Wagoneer ismindən əsl premium avtomobilinin adlandırılması üçün istifadə edilir, Grand Wagoneer isə onu daha yüksək səviyyəyə qaldırır. Bu mənim gördüyüm yanaşmadır", - deyən Menli bu adların istifadəsi barədə açıqlama vermişdir.

Jeep Grand Wagoneer modelinin istehsalına 1991-ci ildə son verilmişdir. Amerikan şirkətinin yenidən bu adları bərpa etmək niyyətinin olduğunu hələ 2012-ci ildə bildirmişdi. Bundan öncə, FCA ittifaqının başçısı Sercio Markionne yeni Wagoneer ailəsinin buraxılışının, Ram 1500 modelinin istehsal olunduğu Detroytdakı zavodda yerləşdiriləcəyini bildirmişdir. Bu ailənin seriya istehsalına 2019-cu ildə başlanacağı ehtimal olunurdu.

Jeep Grand Wagoneer