Jeep şirkəti yeni nəsil Wrangler modelinin interyerinin fotoşəkillərini dərc edib. Xatırladaq ki, bir müddət bundan öncə, amerikan istehsalçısı əfsanəvi yolsuzluq avtomobilinin eksteryerinin fotoşəkillərini yaymışdı.
Bu ayın sonunda Los-Anjelesdə keçiriləcək avtomobil sərgisində debüt edəcək ofroderin texniki xüsusiyyətləri haqqında heç bir məlumat verilməyib.
istehsalçı avtomobilin xarakteristikalarını Los-Anjeles avtosalonda keçiriləcək təqdimat mərasimi zamanı açıqlamağı planlaşdırır.
Dərc edilən fotoşəkillərdən də göründüyü kimi, «Renqler» tamamilə yeni interyerə sahib olub. Burada iri sensorlu displeyi olan multimedia sistemini görmək olar. Eyni zamanda, ofroder sahiblərinə doğma olan bir sıra elementlər dəyişilməz qalmışdır. Buna misal olaraq, şüşəqaldıranların mərkəzi konsolda yerləşən düymələrini göstərmək olar.
İlkin məlumata görə, ofroder rama konstruksiyasını qoruyub-saxlamışdır. «Renqler» alüminiumdan hazırlanmış kuzov panellərinə, yeni tamötürməli çəkiş sisteminə və ZF firmasının istehsalı olan səkkiz diapazonlu avtomatik ötürmələr qutusuna sahib olub. Yeni ofroderin mühərrik çeşidinə 2,0-litrlik dörd silindrli turbomühərrikin və 3,6-litrlik altı silindrli mühərrikin daxil olacağı söylənilir. Sonradan mühərrik çeşidinə dizel güc aqreqatı da daxil ediləcəkdir.
Tarixində ilk dəfə olaraq, Jeep Wrangler hibrid güc qurğusu ilə də təchiz ediləcəckdir. Ofroderin hazırki nəsli artıq 10 ildir ki konveyerdədir.