Classic Driver saytında 1969-cu ilin Jeep Grand Wagoneer modelinin satışı ilə bağlı maraqlı bir elan dərc edilib. Ofrouderin şassisi doğma olsa da, onun kuzovu 1969-cu ilin Ferrari 365 GT modelindən götürülüb.

Uzun illər əvvəl, Bill Harra adlı amerikalı iş adamı Enzo Ferrariyə müraciət edərək, Jeep Grand Wagoneer və Ferrari avtomobillərini “calamaq” istədiyini bildirib. Məlum məsələdir ki, belə hədsizlik Enzonu qəzəbləndirib və Kommendatore bu layihədə iştirakdan qəti şəkildə imtina edib. Rədd cavabı alan amerikalı novator xəyalını təkbaşına gerçəkləşdirməli olub.

Donor kuzovu kimi, Ferrari 365 GT modelinin kuzovu götürülüb. Lakin kupe dəhşətli vəziyyətdə idi: qəzadan sonra onnun yalnız ön tərəfi və mühərrik salamat qalmışdı. Nəticədə, ofrouder sportkarın kuzov panellərini və işıq cihazlarını alıb, kuzovun arxa hissəsi isə Grand Wagoneer modelindən götürülüb.

Jeep Grand Wagoneer modeli standart olaraq 230 at qüvvəsinə malik olan V8 ilə təchiz edilsə də, Jerrari adlandırılmış ofrouder italyan kupesindən götürülmüş 365 at qüvvəli 12-silindrli mühərrikini alıb. Tam ötürmə sistemi də qorunub saxlanılıb, asqıda isə yalnız amortizatorlar dəyişdirilib. Ferrari loqotipindən də imtina etmək gərək olub: avtomobilin üzərindəki emblemlərdə şahə qalxan atın əvəzinə ... şahə qalxan kenquru var.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Hazırda bu “hibrid” Almaniyadadır və Jeep Grand Wagoneer mühərriki ilə satılır. Məsələ ondadır ki, bir neçə ildən sonra, Harra italyan mühərrikini sökərək, standart aqreqatı kapotun altına qaytarıb. Elanda avtomobilin əsaslı şəkildə bərpa edildiyi bildirilir. Bununla belə, Jerrari-nin qiyməti açıqlanmayıb. (c) Autograph.az