Brand Keys agentliyi tərəfindən tərtib edilən amerikan brendlərinin illik reytinqində, istehlakçıların fikrincə, sözün amerikan mənasında “vətənpərvərlik” anlayışını təcəssüm etdirən avtomobil brendlər müəyyən edilib. 2021-ci ildə aparılan araşdırmanın nəticələrinə görə, vətənpərvər brendlərin siyahısına qlobal şirkətlər daxil olub və onların arasında avtomobil istehsalçıları da var. Üstəlik, təxminən 20 ildir ki, eyni avtomobil şirkəti bu reytinqə başçılıq edir.
Amerikalıların fikrincə, 19 il ardıcıl olaraq brendlər arasında vətənpərvərliyiən dəqiq təcəssüm etdirən marka Jeep markasıdır. Sorğu ABŞ-ın doqquz bölgəsində 16-65 yaş arasında olan, cinsinə və siyasi mənsubiyyətinə görə balanslaşdırılmış respodentlər (5804 nəfər) arasında aparılıb.
Jeep markasından başqa, vətənpərvər avtomobil markaları arasında Ford (ümumi reytinqdə üçüncü yerdə) və 30-cu yeri tutan Tesla da var. Hər iki marka əvvəllər siyahıda olublar, lakin Ford 2020-ci ildə üç pillə aşağıda yerləşmişdisə, Tesla isə, ümumiyyətlə keçən ilki reytinqə daxil ola bilməmişdi.
Bundan əlavə, ABŞ sakinlərinin fikrincə, dünyaca məşhur motosiklet istehsalçısı olan Harley-Davidson brendi də “vətənpərvərlik” anlayışını kifayət qədər yaxşı əks etdirir. Nyu-Yorkda yerləşən Brand Keys konsaltinq firmasının prezidenti Robert Passikoff koronavirus pandemiyası və dəyişən ictimai-siyasi vəziyyətin nəticələrinin brendlər arasındakı rəqabəti çətinləşdirdiyini, eyni zamanda, istehlakçıların həyat tərzini və brendlərə air “vətənpərvərlik” anlayışlarını kəskin şəkildə dəyişdirdiyini qeyd edib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.