Jeep şirkəti yeni Wagoneer modelinə həsr edilmiş videotizeri paylaşaraq, yeni ofrouderin daha "böyük" Grand Wagoneer modeli ilə eyni vaxtda, sentyabr ayının 3-də debüt edəcəyini xatırladıb.
Tizerdən Jeep Wagoneer modelinin şəhər avtomobili kimi səciyyələndirildiyi məlum olur – buna, ay işığında görünən göydələnlər dəlalət edir. Yeni ofroudein formasının Grand Cherokee modelinə bənzədiyini də diqqət çəkir. Videonun başlığında "Cooming 2021" ("2021-ci ildə gələcək") yazılmışdır.
Wagoneer/Grand Wagoneer modellərinin amerikan markasının flaqmanları olacağı və Mercedes-Benz və Range Rover markalarının premium modelləri ilə rəqabət aparacağı gözlənilir. Ofrouderlərin istehsalına gələn ilin ikinci rübündə başlanacaqdır.