Jeep şirkəti keçən həftə Wagoneer S modelinin tizerlərini dərc edərək, yeni modelin təqdimatına hazırlaşdığını bildirmişdi. Bu gün isə, Jeep markasının elektrik ofrouderinin rəsmi şəkilləri İnternetdə peyda olub.

Amerikan şirkətinin sosial şəbəkələrə cavabdeh olan nümayəndəsi səhvən yeni ofrouderin rəsmi şəkillərini Facebook hesabında dərc edib. Lakin bir müddət sonra onlar siliniblər. Bununla belə, hər zaman ayıq-sayıq olan biri var və o, şəkilləri yükləməyə imkan tapıb.. 

Jeep Wagoneer S Concept

Jeep Wagoneer S elektrik ofrouderinin şəkilləri Mopar İnsiders nəşrinə oxucuların biri tərəfindən göndərilib. Şəkildəki avtomobilin 2022-ci ildə nümayiş etdirilmiş konseptual ofrouderi təkrarladığını və bir qədər Range Rover Velar modelinə bənzədiyini söyləmək olar.

Məlum olduğu kimi, Jeep şirkəti Wagoneer S modelini yalnız elektrik güc qurğusu ilə təklif edəcək. Bu ilin payızında isə, sıfır tullantıları olan digər dəbdəbəli Jeep ofrouderi işıq üzü görməlidir. 

Jeep Wagoneer S

Bu ofrouderi Amerika Birləşmiş Ştatları üçün ekslüziv olacaq və Şimali Amerikadan kənarda satılmayacaq. Beşinci nəsil Wagoneer modeli isə, digər bazarlarda satılacaq və Wagoneer və Grand Wagoneer modelləri kimi, iki növ təkər bazası ilə təklif ediləcək.

2025-ci ilin Wagoneer S modeli ikimühərrikli güc qurğusu və müvafiq olaraq, standart tam ötürmə ilə təklif ediləcək. 600 at qüvvəsi və böyük fırlanma anına malik olan mühərrik səssiz ofrouderi 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyəyə sürətləndirəcək.

Jeep Wagoneer S

Bir müddət bundan əvvəl Stellantis konserni yeni STLA Large platformasını təqdim edib. Böyük ehtimalla, yeni Wagoneer S modeli də bu arxitekturaya əsaslanacaq. Xatırladaq ki, konsern yeni platformada inşa edilmiş Jeep və Dodge elektrokarlarının 2024-cü ildə işıq üzü görəcəyini bildirib. Böyük ehtimalla, söhbət növbəti nəsil Dodge Charger və adını çəkdiyimiz Jeep Wagoneer S modelindən gedir.

Daha sonra bu platformada inşa olunacaq Alfa Romeo, Maserati və Chrysler elektromobilləri debüt etməlidirlər. 2026-cı ilə qədər isə, avtomobil nəhəngi ona məxsus olan beş brendin səkkiz elektromobilini buraxmağı planlaşdırılır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.