ABŞ-ın Yol Təhlükəsizliyi üzrə Sığorta İnstitutu (IIHS) yeni nəsil Jeep Wrangler krəş-testlərini keçirərkən qəribə hadisə baş verib: maneyəni qismən vurub keçmə zamanı, ofrouder təkərləri üzərində dayana bilməyib və iki dəfə aşıb.
IIHS tərəfindən yayımlanan videoda, 2019-cu ilin Wrangler modeli sürücü olan tərəfi ilə duran maneyəyə çırpıldığı və sonra isə sağ tərəfə aşdığı göstərilir. Ümumilikdə, bir neçə analoji sınaq keçirilib və üç haldan ikisində nəticə nəticə eyni olub - avtomobil aşıb.
Təhlükəsizlik üzrə mütəxəssislər yolsuzluq avtomobilinin dörd mümkün xaldan ikisini qazandığını, aşmanın yaralanma risqini artırdığını və "baş verən toqquşmanın məqbul nəticəsi" olmadığını vurğulayıblar. Bundan başqa, Wrangler modelində yan təhlükəsizlik pərdələri yoxdur.
Daha əvvəl, Jeep Wrangler müstəqil EuroNCAP təşkilatının krəş-testlərində beş mümkün ulduzdan birini alaraq uğusuzluğa düçar olub. Ofrouderin xalları müasir təhlükəsizlik sistemlərinin olmaması səbəbindən aşağı salınıb.