Hazırkı Jeep Wrangler Rubicon onsuz da dünyanın ən bacarıqlı seriya ofrouderlərindən biridir, lakin rəqib Ford Bronco modelinin buraxılması şirkət mühəndislərini daha güclü ofroud xarakteristikalarına malik olan “Renqleri” hazırlamağa məcbur edib.
Yeni versiya Jeep Wrangler Xtreme Recon adlanır və bu ad “ekstremal kəşfiyyat” mənasını verir. Yeni versiyanın ilk kütləvi nümayişi iyul ayının ortalarında Chicago Auto Show avtosalonunda (bəli, hələlik ləğv edilməyib) keçiriləcəkdir. Ancaq avtomobil haqqında vacib məlumatlar artıq açıqlanıb.
Əslində, bu yeniliklər Rubicon versiyası üçün hazırlanmış təkmilləşdirilmələr paketidir və bütün təkmilləşdirmələr şassi və transmissiyaya aiddir. Məsələn, demultiplikatorun ötürmə nisbəti 4: 1-dən (heç də az deyil) 4,56: 1-ə qaldırılıb. Ofrouder “bedlokları” olan təkər disklərini və 315/70 R17 ölçülü BF Goodrich KO2 ofroud təkərlərini əldə edib.
Beləliklə, təkərlərin xarici diametri 35 düyümdür. Adi Rubicon modelində bu diametr 33 düym təşkil edir. Bundan başqa, əlavələr və yeni amortizatorlar sayəsində kuzov 38 millimetr qaldırılıb.
Nəticədə Xtreme Recon modelinin klirensi 274-dən 328 millimetrə qədər artırılıb. Bunun ardınca digər ofroud göstəriciləri də dəyişib. Məsələn, giriş bucağı 43.9-dən 47.4 dərəcəyə, çıxış bucağı isə 37-dən 40.4 dərəcəyə, çay keçidi dərinliyi isə 760-dən 850 millimetrə qədər artırılıb.
Adi Rubicon modeli üçün də əlçatan olacaq opsiyalardan biri, ekstremal 4.88: 1 ötürmə nisbətinə sahib olan demultiplikatordur. Beləliklə, mexaniki ötürmələr qutusu olan avtomobillər üçün ilk dəfə son ötürmə nisbəti 100: 1-ə (“avtomat” ilə bir az) çatacaqdır. Bu, təkərlərdəki fırlanma anının həqiqətən böyük olacağı və ilk azaldıcı pillədə belə Wrangler modelinin tısbağa sürəti ilə sürünə biləcəyi deməkdir.
Xtreme Recon dəsti yalnız uzun təkər bazalı dördqapılı Wrangler modelləri üçün təklif ediləcəkdir. ABŞ-da bu dəsti səkkizsilindrli flaqman da daxil olmaqla, istənilən mühərriklə hərəkətə gələn ofrouder üçün sifariş etmək mümkün olacaqdır. J
eep Wrangler Xtreme Recon modellərinin istehsalına avqust ayında başlanacaqdır, lakin ilin sonuna qədər 4.88: 1 nisbətli demultiplikatoru sifariş etmək mümkün olmayacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.